Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası 30 müraciətə baxıb

-

«Reportyor.org» və «Aktualxeber.info» saytları barədə təqdimatların verilməsi məqsədəuyğun sayılıb

 Bu gün Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası iclasını keçirib. Komissiyanın sədri «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iclası açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. «Belə məsələlərin sayı 30-dur» - deyən V.Rəhimzadə bunların beşinin Şuranın Şikayətlər üzrə Komissiyasından, digərlərinin MŞ Katibliyi tərəfindən ünvanlandığını vurğulayır. 

Öncə MŞ-nin Şikayətlər üzrə Komissiyasının təqdimatları müzakirə olunub. Qeyd edilib ki, bu kütləvi informasiya vasitələrindən ikisinin fəaliyyətlərində «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsip və bəndlərindən irəli gələn tələblərə aşkar sayğısızlıq nəzərə çarpmaqdadır. Belə ki, «Reportyor.org» və Aktualxeber.info» saytlarının fəaliyyətlərində «reket jurnalistika»ya xas cəhətlərin özünü qabarıq biruzə verir. Ölkə hüdudlarından kənarda qeydiyyatdan keçən «Reportyor.org» peşə fəaliyyəti və etik prinsiplərlə bir araya sığmayan hərəkətləri davam etdirməkdədir. Belə qeyri-etik yanaşma Mingəçevir Şəhər İcra Hakimiyyəti barədə son vaxtlar yayımlanan, əsası olmayan materiallarda ifadəsini tapıb. Saytın rekvizitlərinin, hətta elektron poçtunun göstərilməməsi də buna xidmətin əlamətləri hesab olunub.


«Aktualxeber.info» barədə  isə belə ölçü götürülməsi ondan irəli gəlib ki, sayt insanların şərəf və ləyaqətinin təhqir edib, işgüzar nüfuzunun ifrat şəkildə aşağılayıb.

Komissiya digər şikayətlər barədə də müvafiq rəylər qəbul edib.


 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »