Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası və ATƏT-in Bakı ofisi yeni layihəyə start verib

«Media və cəmiyyət münasibətlərində media müzakirələri»

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi «Media və cəmiyyət münasibətlərində media müzakirələri» adlı yeni layihəyə start verib. Layihədən məqsəd Azərbaycan mediasının aktual problemlərini qruplaşdırmaqla, onların geniş ictimaiyyətə təqdimatını həyata keçirməklə cəmiyyətin həmin problemlərin aradan qaldırılmasına effektik təsir mexanizminin formalaşmasına dəstək göstərməkdən ibarətdir. Əsas hədəflərdən biri də Azərbaycan jurnalistikasını vətəndaşlar üçün daha yaxın etmək, cəmiyyətlə medianın əlaqələrini möhkəmləndirməkdir.

İlin sonunadək həyata keçiriləcək layihə çərçivəsində ATƏT-in Bakı ofisinin, Mətbuat Şurasının, ölkənin tanınan, ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, media ekspertlərinin iştirakı ilə «İctimai TV»də proqramların təşkili nəzərdə tutulur. Proqramlarda başlıca olaraq KİV-lərin iqtisadi çətinlikləri, jurnalistika təhsili, yeni media, diffamasiya və digər bu kimi məsələlər ətrafında müzakirələr təşkil olunacaq. 

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbirin bu günlərdə reallaşdırılması planlaşdırılıb.


 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »