Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Əli bəy Hüseynzadəyə həsr olunmuş sənədli filmin nümayişi keçirilib

-

Böyük Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən olan Əli bəy Hüseynzadəyə həsr olunmuş “Həqiqətin böyüyü” sənədli filminin nümayişi keçirilib. Bununla bağlı mərasim Biləsuvar rayonunda, qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları “Xocavənd” qəsəbəsində baş tutub. Azərbaycan Mətbuat Şurasının milli mətbuat tariximizdə önəmli rolu olan nəşrlər, eləcə də tarixi şəxsiyyətlərlə bağlı çəkdiyi “Milli mətbuatımız, istiqlal yolumuz” silsiləsindən olan ekran əsərinin nümayişində media təmsilçiləri, yerli hakimiyyət orqanlarının, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi olan Əli bəy Hüseynzadə türkçülüyü fundamental cərəyan olaraq formalaşdırıb. Dahi mütəfəkkirin “Kaspi”, “Həyat”, «İrşad» qəzetlərindəki, eləcə də “Füyuzat” jurnalındakı fəaliyyəti böyük ictimai məzmun, örnək səciyyə daşıyıb. Şuranın “O film” studiyası ilə birgə layihəsi də məhz belə şəxsiyyətlərin həyat yoluna daha yaxından işıq salmaq, onları cəmiyyətə tanıtdırmaq zərurətindən irəli gəlib.

“Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətləri olub. Hesab edirəm ki, onun irsinə ən layiqli qiymət Prezident İlham Əliyevin dahi mütəfəkkirin 150 illik yubileyinin keçirilməsinə dair sərəncamıdır. Mətbuat Şurası sərəncamdan irəli gələn vəzifələrin icrasına dəstək məqsədilə bir neçə tədbir reallaşdırıb ki, onlardan biri də bu gün nümayişi keçirilən sənədli filmdir”, - deyən Ə.Amaşov Əli bəy Hüseynzadənin təkcə Azərbaycanda deyil, bütövlükdə türk dünyasında da fəxarətlə anıldığını qeyd edib, onu görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam kimi xarakterizə edən cəhətlərə toxunub.

Toplantıda çıxış edənlər Əli bəy Hüseynzadənin yaratdığı “füyuzatçılar” adlı ədəbi-fəlsəfi məktəbin Azərbaycanda ictimai fikrin formalaşmasında, milli özünüdərk proseslərində müstəsna rol oynadğını vurğulayıblar. Natiqlər görkəmli şəxsiyyətin həyat və fəaliyyətinin müxtəlif məqamlarından danışaraq onu siyasi türkçülüyün əsasını qoymuş böyük fikir adamı kimi dəyərləndiriblər.

Çıxışlardan sonra “Həqiqətin böyüyü” sənədli filmi nümayiş olunub.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »