Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Tapdıq Abbas - 59

Tapdıq müəlimi Azərbaycan Mətbuat Şurası və ölkənin çoxsaylı jurnalistləri adından təbrik edirik

Bu gün tanınmış jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas 59 yaşına çatdı. 60-ın astanasında keçilmiş həyat yoluna nəzər salarkən göz önündə media və ictimai fəaliyyətlə bağlı ömür yolunun mənalı sətirləri canlanır. 

Tapdıq müəllim 1952-ci ildə Beyləqan rayonunun Aşıqlı kəndində el ağsaqqalı kimi tanınmış Əlikişi kişinin ailəsində dünyaya göz açıb. 1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universietində ali təhsil alıb. Əmək fəaliyyətinə İmişli rayonu Əlinəzərli kənd orta məktəbində müəllim başçısının müavini vəzifəsində işləyib. 1999-cu ilin bələdiyyə seçkisində Beyləqan bələdiyyəsinə üzv seçilib. 4 il burada sosial məsələlər üzrə komissiya sədri kimi fəailiyyət göstərib. kimi başlayıb. Yüksək pedaqoji məharəti, gənc nəslin təlim-tərbiyəsində əldə etdiyi uğurlara görə 1978-ci ildə Beyləqan rayon Mil kənd orta məktəbinə direktor təyin olunub. 1985-ci ildən Beyləqan Rayon Təhsil Şöbəsinə metod-kabinet müdiri vəzifəsini tutub. 5 il rayon partiya komitəsində müxtəlif vəzifələrdə çalışıb. 1991-ci ildə Dövlət İdarələri İşçiləri Həmraklar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri seçilib. 1992-1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti

Tapdıq müəllimin jurnalistlik fəaliyyətinə başlaması ötən əsrin 90-cı illərinin əvvələrinə təsadüf edirb. Bu, həm də xalqımızın milli azadlığı uğrunda mücadəlisində yeni mərhələnin başlandığı dövr idi. Onun bu zaman kəsiyində müxtəlif janrlı yazıları ölkənin ictimai fikrə təsir göstərən bütün mətbu orqanlarında yer alıb. 2002-ci ildə «Paralel» qəzetini təsis edərək baş redaktor kimi indiyədək üzərinə düşən vəzifəni yerinə yetirməkdədir. Tapdıq müəllimi prinsipial, obyektiv, azad sözə, müstəqil fikrə yüksək qiymət verən, eyni zamanda fəaliyyətində bunları nəzərə alan media mənsubu kimi tanıyır və dəyərləndirirlər. Ölkə jurnalistlərinin V qurultayının iştirakçıları onu Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçmələri də media mənsublarının etimadından irəli gəlib. T.Abbasın Mətbuat Şurasındakı fəaliyyəti bu etimadın yerli-yerində olduğunu göstərməkdədir. 4 övlad atası Tapdıq müəllimin hər günü qayğılıdır. Lakin bunların sırasında jurnalistika ilə bağlı qayğılar daha önəmlidir. Bunu hər gün oxucuların görüşünə gələn «Paralel»dən də görmək olar.

Tapdıq müəlimi Azərbaycan Mətbuat Şurası və ölkənin çoxsaylı jurnalistləri adından 59 yaşının tamamında təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayırıq.



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »