Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Ahıl jurnalistə həmkarlarının ehtiramı

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və AMŞ Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri tanınmış jurnalist, əməkdar mədəniyyət işçisi Şakir Yaqubovu 65 yaşının tamam olduğu günlərdə yaşadığı mənzilində ziyarət etdilər. Onlar xeyli vaxtdır ki, xəstəliklərdən əziyyət çəkən istedadlı qələm sahibinin sağlamlığı, qayğıları ilə maraqlandılar, ona çoxsaylı dostlarının və həmkarlarının xoş arzularını çatdırdılar.

Əflatun Amaşov jurnalist yaradıcılığına ötən əsrin 70- ci illərində o dövrün populyar dövri nəşri olan “Azərbaycan gəncləri” qəzetində sıravi yazarlıqdan başlayan Şakir Yaqubovun qəzetçiliyə dərin bağlılığı, təşəbbüskarlığı, çalışqanlığı və yüksək məsulyyəti ilə tezliklə bu redaksiyada şöbə müdiri və məsul katib vəzifələrinə irəli çəkilməsini jurnalistikadakı gələcək ciddi uğurlarının təməli kimi dəyərləndirdi. Millət vəkili sonrakı illərdə Şakir müəllimin yetkin jurnalist kimi ölkənin avanqard rəsmi nəşrləri olan “Kommunist” (“Xalq qəzeti”), “Həyat”, “Azərbaycan” qəzetlərində məsul katib və baş redaktor müavini olaraq daha səmərəli fəaliyyətini, müstəqillik dövründə isə demokratik mətbuatın formalaşmasına zəngin təcrübəsi, yüksək vətəndaşlıq mövqeyi ilə bacardığı qədər kömək göstərməsini də məmnunluqla yada saldı. AMŞ sədri daha sonra bildirdi ki, yazarların yeni nəsli Şakir Yaqubovu peşəkar və fədakar jurnalist kimi tanıyır, milli mediamızın ənənələrinə sədaqətinə görə ona ehtiram göstərir. Əflatun Amaşov milli mətbuatımızın inkişafındakı xidmətlərinə görə rəhbərlik etdiyi qurumun xüsusi diplomunu Şakir Yaqubova təqdim etdi, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.

Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov və məclis sədrinin müavini Məzahir Süleymanzadə də Şakir Yaqubovun jurnalist kimi yüksək peşəkarlığından, çalışdığı redaksiyaların ağır yükünə cəfakeşliklə çiyin verməsindən, aktual və oxunaqlı yazıları ilə daim gündəmdə olmasından söz açdılar, onunla birgə fəaliyyətin ibrətli və unudulmaz xatirələrini yada saldılar. Şakir Yaqubov qədirbilən həmkarlarının vaxtaşırı onu yad etməsini, həyatının əlamətdar günündə isə millət vəkili olan AMŞ sədrinin və ahıl dostlarının onu ziyarətə gəlmələrinin hər dava- dərmandan şəfalı olduğunu söylədi, göstərilən diqqətə görə razılığını bildirdi. Ahıl jurnalist qeyd etdr ki, bir neçə ciddi xəstəlik fəal jurnalitikadan aralı salsa da, o, yenə media proseslərini ardıcıl izləyir, cari yaradıcılığını davam etdirir. Görüşdə jurnalistikamızda təcrübə və yenilikçilik, nəsillərin varisliyi, gənc yazarların ustad dərslərindən bəhrələnməsi kimi məsələlərdə yaşlı nəsil jurnalisrlərin görə biləcəyi işlərlə bağlı mülahizələr də səsləndi.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »