Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

-

Fevralın 11-də ABŞ-ın Azərbaycandakı Səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays, mətbuat xidmətinin rəhbəri Nikolas Barnet və mətbuat xidmətinin nümayəndəsi Mehdi Hüseynquliyev Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. O bildirib ki, Şura media ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir: «Mətbuat Şurası həmçinin jurnalistlərin peşə vəzifələrini sərbəst şəkildə yerinə yetirilmələrinə yönələn tədbirlər də görür, ümumən ölkədə söz və ifadə azadlığı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır. Mövcud istiqamətdəki tendensiyaları yaxından izləyir», - deyə Ə.Amaşov əlavə edib.

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu və Şuranın İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə MŞ-nin ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə müntəzəm əlaqədə olmasını qarşılıqlı əməkdaşlıqdakı müsbət məqam kimi vurğulayıb.

ABŞ Səfirliyinin ictimaiyyətlə əlaqəlar şöbəsinin müdiri Stiven Qays təmsil olunduğu Səfirliyin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlərə önəm verdiyini bildirib. Səfirliyin mətbuat katibi Nikolas Barnet isə mövcud istiqamətdəki təşəbbüslərin davamlılığının vacibliyini önə çəkib. Hər iki nümayəndə bu xüsusda Azərbaycan Mətbuat Şurası ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Görüşdə ictimai rəyin formalaşmasında medianın roluna toxunulub. Qonaqlar Azərbaycanın kütləvi informasiya vasitələrinin fəaliyyətindəki məqamların ABŞ-da diqqətlə izlənildiyini və perspektiv əməkdaşlıqda əsas kimi götürüldüyünü vurğulayıblar.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb. 

 


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »