Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Müsabiqə elanı

“Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqə

Azərbaycan Mətbuat Şurası Sənaye və Energetika Nazirliyi ilə birgə Avropa Birliyinin “İNOGEYT” proqramının dəstəyi ilə gerçəkləşdirilən “Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü” (BES – ESIB) layihəsi çərçivəsində jurnalistlər üçün  “Enerji səmərəli binalar – dayanıqlı enerji inkişafının əsası” mövzusunda müsabiqəyə  start verir. Müsabiqə enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqaləni müəyyənləşdirəcək.

Müsabiqədə dil və həcm məhdudiyyəti nəzərdə tutulmur. Sənəd qəbulu 01 mart -30 aprel 2013- cü il müddətində aparılacaq. Bu müddətdə mətbuatda və ya İnternet resursunda dərc olunan bir məqalələr müsabiqəyə təqdim edilə bilər. Hər jurnalistin yalnız bir məqalə təqdim etməsi nəzərdə tutulur. Reklam materialları qəbul edilmir. Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq. Eyni zamanda həvəsləndirici mükafatlar da nəzərdə tutulur.

Müsabiqədə iştirak etmək şərtləri ilə ESİB layihəsinin (http://www.inogate-ee.org/), Sənaye və Energetika Nazirliyinin (www.sen.gov.az), Mətbuat Şurasının (http://www.presscouncil.az ) saytlarında və bu press-relizə əlavə olunmuş faylda tanış olmaq olar.

 

 

Azərbaycan jurnalistləri üçün

"Enerji səmərəli binalar - dayanıqlı enerji inkişafının əsası"

mövzusunda müsabiqə

 

"İNOGEYT" proqramının dəstəyi ilə  "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində binaların enerji səmərəliliyi təşəbbüsü" (BES - ESIB) Layihəsinin icrası çərçivəsində 01 mart 2013-cü il tarixindən Azərbaycan  jurnalistləri üçün  "Enerji səmərəli binalar - dayanıqlı enerji inkişafının əsası" mövzusunda müsabiqəyə  start verilir.

 

Müsabiqə, binalarda enerji səmərəliliyi və enerji qənaəti problemlərinə  kütləvi informasiya vasitələrinin diqqətini  cəlb etmək, bu problemlərin KİV-lərdə daim işıqlandırılması üçün zəmin yaratmaq və beləliklə də enerjidən səmərəli istifadənin məqsəd və metodlarını dərk edən cəmiyyət formalaşdırmaq üçün bir alət kimi istifadə olunacaq.

Müsabiqənin keçirilməsinin məqsədləri aşağıdakılardı:

  • Binalarda enerji səmərəliliyi və enerji qənaəti problemlərinə, binalarda enerji səmərəliliyin artırılması sahəsində enerjidən səmərəli istifadə texnologiyalarının və innovativ yanaşmaların tətbiq edilməsinə və həmçinin beynəlxalq təcrübənin nəzərə alınmasına mətbuat və elektron KİV-lərin diqqətini cəlb etmək
  • Enerji səmərəliliyi mövzusunu ən sistemli, geniş və obyektiv şəkildə işıqlandıran və öz nəşrlərində istehlakçıların enerji baxımından səmərəli və enerjiyə qənaət edən texnologiyaları tətbiq etməyə marağını artıran jurnalistləri müəyyən etmək və həvəsləndirmək;
  • Binalarda enerji səmərəliliyi və enerji qənaəti problemləri, enerjidən səmərəli istifadə metodlarının tətbiqi sayəsində binalarda enerji səmərəliliyinin enerji və iqtisadi potensialı, enerjidən səmərəli istifadə, resurslara qənaət edən və innovativ texnologiyalar   barədə ictimaiyyəti daim məlumatlandırmaq
  •  "Enerjidən səmərəli istifadə cəmiyyəti" ideyasını təşviq etmək

Müsabiqənin əsas vəzifələri:

  • Azərbaycanda binalarda enerji səmərəliliyi və enerjiyə qənaət, binaların enerji səmərəliliyinin artırılması üçün enerjidən səmərəli istifadə texnologiyalarının və innovativ metodların tətbiqinin işıqlandırılması sahəsində jurnalistlərin yaradıcılıq təçəbbüslərinin stimullaşdırılması;
  • Enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi barədə əhalinin məlumatlandırılması üzrə Azərbaycanın mətbu nəşrlərinin və elektron KİV-lərin fəaliyyətinin aktivləşdirilməsi;
  • Enerji səmərəliliyi, binalarda enerji baxımından səmərəli texnologiyaların tətbiqi problemlərinin aktuallaşdırılması və onların həlli yollarının axtarışı;
  • KİV bazarı iştirakçıları arasında rəqabətin inkişafının stimullaşdırılması;
  • Enerji səmərəliliyi, enerji baxımından səmərəli texnologiyalar və enerji qənaəti mövzusunu işıqlandıran  perspektivli jurnalistlərin müəyyən edilməsi və dəstəklənməsi; jurnalistlərin və jurnalistika fakültələri tələbələrinin professional bacarıqlarının artırılmasına yardım;

 

Müsabiqənin nominasiyası: "Enerji səmərəlliliyi mövzusunda ən yaxşı məqalə" 

 

Bu müsabiqənin üç qalibi olacaq. Birinci yeri tutan qalib ESİB Layihəsi adından Sony TabletS  planşeti ilə təltif olunacaq. İkinci və üçüncü yerləri tutanlara qiymətli mükafatlar veriləcək.

 

Müsabiqənin şərtləri:

 

1.                       Müsabiqədə bütün KİV-lərin jurnalistləri və ştatdan kənar müxbirləri iştirak edə bilər. Müsabiqədə iştirak etmək üçün iddiaçılar  01 mart -30 aprel 2013- cü il müddətində mətbuatda və ya İnternet resursunda dərc olunan bir məqaləni təqdim etməlidir. Reklam materialları qəbul edilmir.

 

2.                  Binalarda enerji səmərəliliyi, resursların qənaəti məsələləri və ictimaiyyətin məlumatlandırılması kampaniyaları ən  dolğun, aydın və peşəkar şəkildə əks olunan məqalələr qalib elan edilir.

 

3.                  Müsabiqə iştirakçılarının işləri aşağıdakı dillərin birində təqdim olunmalıdır: milli (Azərbaycan), rus və ya ingilis

:

 

4.                  Müsabiqədə iştirak etmək istəyənlər aşağıdakı materialları  təqdim etməlidirlər:

  • İştirak barədə ərizə - elektron formada (sərbəst formada)
  • Dərc edilmiş materialların sürətləri ( skanerdən keçirilmiş) və internet- resurslara istinad

Sənədlərin təqdim edilməsi üçün son tarix- 30 aprel 2013-cü il.

 

Ərizələr və materiallar elektron poçtla jefendiev@gmail.com ünvanına, surəti  otson.esib@gmail.com  göndərilməlidir. Əlaqələndirici şəxs: Cahangir Əfəndiyev, ESİB layihəsinin Azərbaycanda yerli əlaqələndiricisi (+994 50 320 40 98))

Müsabiqənin təşkilatçıları müsabiqənin materiallarını müsabiqənin mətbu və elektron materiallarında dərc etmək hüququnu özündə saxlayır. Bütün müsabiqə materialları ESİB layihəsinin internet saytında http://www.inogate-ee.org/ dərc olunacaq.

Məqalələrin qiymətləndirmə meyarları:

Təqdim olunan işlər aşağıdakı meyarlar əsasında qiymətləndirilir:

  • Materialın müsabiqənin mövzusuna uyğunluğu
  • İnformasiya materialının aktuallığı və etibarlılığı
  • Materialın dəqiq istiqamətlənməsi və qərəzsizliyi
  • Binalarda enerji səmərəliliyi probleminin işıqlandırılmasının dərinliyi
  • Peşəkarlıq səviyyəsi
  • Nəşrlərin janr müxtəlifliyi

Müsabiqənin jürisi:

 

Müsabiqənin jürisi materialların təhlilini və qiymətləndirilməsini 5-ballıq şkala əsasında həyata keçirir.

Müsabiqənin qaliblərini jüri hər iş üzrə jürinin ümumi qiymətlərinin orta arifmetik hesablaması metodu ilə təyin edir. Müsabiqənin nəticələri 01 -07 may 2013-cü il tarixində müəyyən edilir.

 

ESİB layihəsi əməkdaşları və onların ailə üzvləri müsabiqədə iştirak edə bilməz.

 

 

 

 

 

 

 

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »