Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MÜSABİQƏ ELANI

-

Azərbaycan Mətbuat Şurası Saatlı Rayon İcra Hakimiyyəti ilə birlikdə “Muğanımız - tariximiz, sərvətimiz mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. 

 

I. Mükafatlandırma

 

I yer 1 nəfər 1000 manat

II yer 2 nəfər 800 manat

III yer 3 nəfər 500 manat

 

Həvəsləndirici mükafat – 10 nəfər – 1000 manat

 

III. Müsabiqə şərtləri

 

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək;

 

1. Materialların ümumən mövzunu, konkret olaraq nəzərdə tutulan istiqaməti dolğun əhatə etmə səviyyəsi;
• Tarixilik
• İqtisadi təhlil
• Vətənpərvərliyin təbliği
• Keçmişlə müasirliyin əlaqələndirilməsi
• Ənənələr və dəyərlər
• Perspektiv təşəbbüslər

 

2. Faktlardan istifadə xüsusiyytələri və araşdırmanın keyfiyyəti;
3. İfadə vasitələrinin zənginliyi;
4. Oxucu üçün informasiyalılıq dərəcəsi;
5. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisə.

 

Müsabiqəyə 2016-cı ilin aprel ayının 15-dən mayayının 30-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. 

 

Qaliblərin adları 2016-cı il iyun ayının 15-də Milli Qurtuluş Günündə açıqlanacaq.

 

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur; 

 

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

 

Yazıda “Azərbaycan Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İvra Hakimiyyətinin “Muğanımız - tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

 

Qeyd: Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində çalışması şərtdir. 

 

Müsabiqə üçün təqdim ediləcək materialın müəllifin çalışdığı KİV-də 

verilməsi şərt deyil.

 

Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində çıxması yolverilməzdir.

 

IV. Yazıların təqdim edilməsi

 

Müsabiqə üçün yazılar ayrıca zərfdə şəxsən təqdim olunmalıdır.

 

Təqdimat zərfində yer almalıdır:

 

▪ yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti; 

 

▪ yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;

 

▪ yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev, iş  mobil telefonu

 

▪ müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi (ayrıca vərəqədə)

 

▪ yazı elektron media resursunda verilibsə, bunu təsdiqləyən link (ayrıca vərəqədə);

 

▪ materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi; 

 

▪ diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmamaqla);

 

▪ yazı elektron media resursunda verilibsə, diskdə yazının linki göstərilməlidir.

 

Müsabiqə üçün yazılar aprel ayının 15-dən  iyun ayının 1-dək həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək. 

 

Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.

 

 

Əlaqə telefonu: 

 

(012) 441 35 30

(050) 534 93 26

(055) 201 99 26

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »