Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında xarici qonaqlarla görüş keçirilib

-

Azərbaycan Mətbuat Şurasında türk dünyasının müxtəlif bölgələrindən ölkəmizə təşrif buyurmuş media nümayəndələri, şair və yazıçılarla görüş keçirilib. Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə baş tutmuş görüşdə MŞ sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. Şura sədri ölkəmizdə türk dövlətlərinin və xaqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb. Mövcud əməkdaşlıqda media orqanları arasındakı münasibətlərin də əhəmiyyətindən söz açıb. 

 

MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayıl türk toplumları arasındakı mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafına ümumən türk toplumunun qlobal inteqrasiya proseslərindəki mövqeyi baxımından aydınlıq gətirib. Rəhbərlik etdiyi qurumun bununla bağlı fəaliyyətindəki konkret məqamları açıqlayıb.

 

Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair-publisist Əkbər Qoşalı təmsil olunduğu qurumun türk xalqları arasındakı əlaqələrin dərinləşməsinə yönələn fəaliyyətdən söz açıb. O, eyni zamanda istər ölkəmizə, istərsə də ölkəmizdən türk dünyasının müxtəlif bölgələrinə işgüzar səfərlərin bundan sonra da təşkil olunacağına əminliyini bildirib.

 

Çıxış edən qonaqlardan Makedoniya parlamentinin üzvü Enes İbrahim, Türkiyənin Kocaeli bələdiyyəsinin mətbuat katibi, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucusu Alptəkin Cevhərli, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici Media Əlaqələri Birliyinin rəhbəri Züleyxa Karaman, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Özbəkistanın «Kitab dünyası» qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyinin üzvü, Fanil Ganji və başqaları Bakıda səfərdə olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar həmçinin qarşılıqlı əməkdaşlıq baxımından diqqət çəkən bir sıra məqamlara da toxunaraq media və ictimaiyyətin ortaq türk dəyərlərinin təbliğindəki rolunun artırılmasının vacibliyini əsaslandırıblar.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »