Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Üzeyir Hacıbəyovun nəşrdən kənar qalan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçiriləcək

Tədbir Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə baş tutacaq

Bakının «Ambassador» otelində milli operamızın banisi, görkəmli naşir, jurnalist, publisist Üzeyir Hacıbəyovun indiyədək oxuculara məlum olmayan əsərlərinin toplandığı ikicildliyin təqdimatı keçiriləcək. Tədbir 16 iyun 2010-cu il tarixdə saat 11.00-da Bakının «Ambassador» otelində baş tutacaq.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü, «Azərsun Holdinq»in maliyyə dəstəyi ilə keçiriləcək mərasimdə ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, media mütəxəssislərinin, alim və ziyalıların iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, Bakı «Elm» Nəşriyyatında buraxılmış ikicildlikdəki əsərləri toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən, ön söz müəllifi və lüğətinin tərtibçisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovdur. Kitablar «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş əsərlər (1904-1912)» və «Üzeyir Hacıbəyov: nəşrlərdə kənara qoyulmuş, ixtisar və «redaktə» edilmiş əsərləri (1915-1917)» adlanır. İkicildlik ustad sənətkarın anadan olmasının 125 illiyinə həsr olunub.

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 934.

Elaqe: (012) 449 49 30
 (012) 449 49 38
 (012) 561 80 37
(012) 561 82 46


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »