Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının məlumatı

-

Bu gün Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu Müsavat Partiyasının metronun "İnşaatçılar" stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Monotorinq zamanı əsasən kütləvi informasiya vasitələrinin təmsilçilərinə yaradılmış şərait nəzərdən keçirilib. Mövcud istiqamətdə hər hansı nöqsan qeydə alınmayıb. İkinci diqqət yetirilən cəhət jurnalistlərin maneəsiz şəkildə peşə vəzifələrini icra etmələri olub. Bununla əlaqədar da hər hansı problem olmayıb. Aksiyanı işıqlandıran media nümayəndələrindən monitorinq qrupunun üzvlərinə müraciət edilməyib. Monitorinqdə həmçinin jurnalistlərin üzərində “Press” yazılmış xüsusi gödəkçələrdə olmalarına diqqət yetirilib. Bu baxımdan vəziyyət heç də ürəkaçan olmayıb. Belə ki, mitinqi işıqlandıran media təmsilçilərinin çox az qismi aksiya iştirakçılarından fərqlənib. Mətbuat Şurası bildirir ki, jurnalistlərin üzərində “Press” yazılmış xüsusi gödəkçələrdə olmaları yarana biləcək hər hansı xoşagəlməz durumda onların hüquqlarının müdafiəsi baxımından vacib məqamdır. Buna görə də Şura KİV rəhbərlərini mitinqlərə və digər kütləvi aksiyalara əməkdaş göndərərkən məsələyə diqqət yetirməyə çağırır.

Qeyd edək ki, Mətbuat Şurası Daxili İşlər Nazirliyi ilə birgə jurnalistlər üçün nəzərdə tutulmuş gödəkçələrin hazırlanmasına başlayıb. Yaxın zamanlarda həmin gödəkçələrin müəyyən hissəsi KİV redaksiyalarına paylanacaq.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »