Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında veteran jurnalistlərin yubileyləri qeyd edilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə tanınmış veteran jurnalistlər Eldost Bayramın 70, Tofiq Yusifovun 60 illik yubileylərinə həsr olunmuş toplantı keçirilib.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun başlıca fəaliyyət istiqamətlərindən biri də ömrünü-gününü Azərbaycan jurnalistikasına həsr etmiş dəyərli sənət adamlarının yubileylərinin keçirilməsi, onlarla bağlı əlamətdar günlərin yada salınmasıdır. Şuranın Ahıl Jurnalistlər Məclisi də məhz bu məqsədlə yaradılıb. Məclisin ötən müddətdə gördüyü işlərin rəğbətlə qarşılandığını vurğulayan Ə.Amaşov əlavə edib ki, bu gün təşkil olunmuş tədbir də jurnalistika peşəsinə dəyər verən şəxslərin əməyinin qiymətləndirilməsi baxımından zəruridir. Bundan sonra MŞ sədri tanınmış diktor, xalq artisti E.Bayramı və T.Yusifovu rəhbərlik etdiyi qurumun diplomu ilə təltif edib.

MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə yubilyarlara məclisin xatirə hədiyyəsini təqdim edib və bildirib ki, Mətbuat Şurası ahıl jurnalistlərə qayğı ənənəsini davam etdirməkdədir. M.Süleymanzadə E.Bayramın və T.Yusifovun jurnalistika sahəsindəki fəaliyyətindən söz açıb, onları peşələrinə sadiq sənət adamları kimi xarakterizə edib.

Çıxış edənlərdən Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, tanınmış diktor, xalq artisti Əli Məmmədov, veteran jurnalistlər - İntiqam Mehdizadə, Bəbir Hüseynov, Şəddat Cəfərov və başqaları hər iki yubilyarın ömür yolundan söz açaraq xatirələrini bölüşüblər.

 


19
noyabr
MŞ “reket” KİV-lərlə bağlı hüquq mühafizə orqanlarına müraciət ünvanlayıb

-

ətraflı »
17
noyabr
525-i hədəfləyən «525»

-

ətraflı »
14
noyabr
Nekroloq

Altay Qulam oğlu Zahidov

ətraflı »
14
noyabr
Azərbaycan Mətbuat Şurasının MƏLUMATI

-

ətraflı »
08
noyabr
Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

ətraflı »
07
noyabr
Mediada kriminal hadisələrin işıqlandırılması: ictimai maraqlar və peşəkarlıq” mövzusunda konfrans keçiriləcək

-

ətraflı »