Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında şəhid jurnalist Alı Mustafayevin xatirəsi anılacaq

Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənəcək tədbirdə onun həyat və yaradıcılıq yoluna nəzər salınacaq, xatirələr səslənəcəkdir

Noyabrın 30-da saat 12.00-da Azərbaycan Mətbuat Şurasında şəhid jurnalist Alı Mustafayevin anım günü keçiriləcək. Şuranın Ahıl Jurnalistlər Məclisi tərəfindən düzənlənəcək tədbirdə onun həyat və yaradıcılıq yoluna nəzər salınacaq, xatirələr səslənəcəkdir. Tədbirdə ölkənin tanınmış media təmsilçiləri, veteran jurnalistlər iştirak edəcəklər.

Qeyd edək ki, Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək faəliyyətinə Bakı Elektrik Maşınqayırma Zavodunda başlayıb. 1976-1981-ci illərdə bu müəssisənin göndərişi ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. O, ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Lirik şerləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.

Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »