Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirilib

Kitaba “TV və radio mediası və iqlim dəyişikliyi” barədə Paris deklorasiyası da daxil edilib

Bu gün Azərbaycan Mətbuat Şurasının, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün “İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçirilib. Hər iki yenilik YUNESKO-nun “Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram"ı çərçivəsində reallaşmış “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib. Layihə isə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi tərəfindən icra olunub. Layihənin koordinatoru, təqdim edilən kitabın tərtibatçısı və redaktoru Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludur.

MŞ-də baş tutan tədbiri açan U.Rəhimoğlu bildirb ki, “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində ötən ilin dekabrında jurnalistlər üçün İctimai Televiziyada iki günlük geniş konfrans-seminar keçirilib. Həmin tədbirdə media nümayəndələrimiz, o cümlədən 17 yerli və regional telekanalın təmsilçiləri YUNESKO-nun Paris konfransının deklorasiyası ilə həmrəylik bəyanatına da imza atıblar. “Bu günkü tədbirimiz təşəbbüsümüzün davamı baxımdan əhəmiyyətlidir. Hesab edirəm ki, təqdim olunan kitab ekoloji maarifləndirmədə jurnalist əməyindən səmərəli istifadənin nəzəri və təcrübi cəhətlərinin birləşdirilməsi baxımından mediamız üçün əsaslı yenilikdir”, - deyə o vurğulayıb.

U.Rəhimoğlu həmçinin məlumat verib ki, kitabın 1-10-11-20-21-ci bölmələri akademik Urxan Ələkbərli və professor Şaiq İbrahimov tərəfindən hazırlanıb. Jurnalistlərin informasiya əldə etmələri üçün mühüm rol oynayacaq nəşrin ön söz müəllifi YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevadır. Kitabın giriş sözü isə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşova və akademik Urxan Ələkbəliyə məxsusdur.

YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib ki, jurnalistlər üçün nəzərdə tutulan kitabın və saytın hazırlanması birgə reallaşdırılan layihənin mühüm tərkib hissələrindəndir: «Hər bir problem kimi xüsusilə aktual səciyyə daşıyan ekoloji problemlərin, o cümlədən iqlim dəyişmələrinin cəmiyyətə çatdırılması, insanların onların gətirdiyi çətinliklərə hazırlıqlı olmaları, uyğunlaşmaları əsaslı maarifləndirmədən keçir. Bu işdə isə medianın üzərinə mühüm missiya düşür. Mövcud mənada təqdimatına toplaşdığımız kitabın hazırlanması və iqlim dəyişmələri ilə bağlı proseslərin dinamik şəkildə nəzarətdə saxlanılması üçün belə bir saytın meydana çıxması mühüm hadisədir».

YUNESKO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç çıxışında əldə edilən nailiyyətlərin pozitiv tərəflərinin dəyərləndirilməsini vacib sayaraq təqdimatı keçirilən kitabı və saytı cəmiyyətdə ekoloji biliklərin dərinləşməsində mühüm vasitə kimi xarakterizə edib. «YUNESKO-nun həyata keçirdiyi missiya əsasən ekoloji stabilliyin mühafizəsinə yönəlib. Bu prosesdə isə medianın rolu olduqca önəmlidir. Qurum gələcəkdə də bu səviyyəli layihələr reallaşdıracaq. Azərbaycandakı təşkilatlarla sıx əməkdaşlığı vacib sayıram.Hesab edirəm ki, ölkənin durmadan artan iqtisadi potensialı ekoloji sahəyə daha böyük önəm verilməsini zərurətə çevirib», - deyə o bildirib.

Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin rəhbəri, akademik Urxan Ələkbərli ölkəmizdə ekologiya və ətraf mühitin qorunması istiqamətində məqsədyönlü tədbirlərin reallaşdırıldığını və bu prosesdə dövlətin mühüm rol oynadığını önə çəkib: «Mən burada dövlətin, vətəndaş cəmiyyətinin və fərdi sektorun rolunu birgə vurğulamaq istərdim. Əgər bunlar bir yerdədirlərsə, uğur da olacaq. Lakin bu üç sistemi bir-birilə birləşdirən, onların vəhdətini təşkil edən mediadır. Bu mənada hazırlanan kitabın jurnalistlərin fəaliyyətinə daha müsbət yaradıcılıq çalarları gətirəcəyi qənaətindəyəm».

İctimai Yayım Şurasının sədri, BDU-nun professoru Cahangir Məmmədli layihə çərçivəsində baş tutan təlimlərdə yaxından iştirak etdiyini bildirərək diqqəti “İqlim dəyişmələri və ekoloji stabillik” kitabının təkcə praktik jurnalistlər üçün deyil, eyni zamanda bu sahədə təhsil alan tələbələr üçün də faydalı tərəflərinə çəkib. O, BDU-da gələn ildən başlayaraq «Jurnalistika və ekologiya» mövzusunda kursların keçiriləcəyini bildirib və həmin kurslarda mövcud layihənin nəticələrindən bəhrələnməni vacib sayıb.

“İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsinin ölkə mediası üçün zəruri istiqamətlərindən bəhs edən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə layihə çərçivəsində kitabın və saytın hazırlanmasını jurnalistlərin mövcud sahədə ixtisaslaşmalarına və peşəkarlıqlarını artırmalarına dəstək nümunəsi kimi dəyərləndirib.

Respublikanın əməkdar jurnalisti Yusif Kərimov kitabla yaxından tanış olduğunu bildirərək orada qoyulan bir çox məsələlərin jurnalist yaradıcılığı baxımından vacib cəhətlərinə toxunub. «Burada yaşıl iqtisadiyat, yaşıl inşaat anlayışlarına kifayət qədər geniş yer ayrılıb. Azərbaycanda dünyanın heç bir yerində görünməmiş tikintilər müşahidə olunur. Təbii ki, bu və digər proseslər ekologiyaya da mənfi təsirini göstərməyə bilməz. İndiki vəziyyətdə jurnalistlərin ətraf mühitin qorunmasındakı rolu daha artıq olmalıdır», - deyə o vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıı Rza Mahmudov çıxışında ekoloji mövzuda həyata keçirilən elmi tədqiqatlar barədə ətraflı məlumat verərək, dövlətin mövcud istiqamətdəki genişmiqyaslı tədbirləri dəstəkləməsinin artıq ənənəyə çevrildiyini bildirib.

Qeyd edək ki, “İqlim dəyişmələri və ekoloji stabillik” kitabına BMT-nin Ətraf Mühit Proqramı, beynəlxalq və regional yayım təşkilatları ilə tərəfdaşlıq əsasında 2009-cu ilin 4-5 sentyabr tarixlərində YUNESKO-nun baş qərargahında təşkil edilmiş Yayım Mediası və İqlim Dəyişikliklərinə dair Beynəlxalq Konfrans iştirakçıları tərəfindən qəbul edilmiş “TV və radio mediası və iqlim dəyişikliyi” barədə Paris deklorasiyası da daxil edilib. Kitabda BMT-nin baş katibi Pan Gi Munun həmin konfransın iştirakçılarına ünvanladığı müraciət çap olunub, iqlim dəyişikliyi ilə bağlı izahlı lüğət yerləşdirilib.

www.mediaclimate.org saytı barədə məlumat verilərkən bildirilib ki, saytın tərtibindən məqsəd qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında KİV-lərin təcrübəsinin artırılmasına kömək etmək, jurnalistlərin bu mövzuda beynəlxalq layihə və tədbirlərdə iştirakına yardım göstərmək, problemlə əlaqəli məlumatlarının ölkədən kənara çıxma imkanını genişləndirməkdir. Saytda qlobal istiləşmənin səbəbləri, əmələ gətirdiyi nəticələr, gələcək durumu və digər statistik məlumatlar öz əksini tapır. Burada həmçinin qlobal iqlim dəyişmələri mövzusunda layihə və tədbirlərə dair xəbərlər, jurnalistlər üçün bələdçi materiallar, əməkdaşlıq etmək üçün xarici nəşrlər, ekologiya və KİV-lərə aid qanunvericilik da yer alır.

Onu da deyək ki, “İqlim dəyişmələri və ekoloji stabillik” kitabının və www.mediaclimate.org saytının təqdimatı mərasimində YUNESKO-nun Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva və digər xarici qonaqlar da iştirak ediblər.



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »