Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin üzvləri veteran jurnalist Telman Qarayevi ziyarət ediblər

-

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri qocaman jurnalist Telman Qarayevi evində ziyarət ediblər. Şuranın «Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır» layihəsi çərçivəsində gerçəkləşdirilmiş ziyarət T.Qarayevin anadan olmasının 80 illiyi ilə bağlı olub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yubilyar jurnalistin «Ədəbiyyat və incəsənət» qəzetindən başlanmış peşəkar fəaliyyətində televiziya və radionun mühüm yer tutduğunu vurğulayıb. T.Qarayevin istər məqalələrində, istərsə də reportajlarında dövrün mədəniyyət salnaməsini canlandırdığını deyən Ə.Amaşov belə qələm sahiblərinin gənc nəslə örnək kimi təqdim edilməsinin vacibliyini əsaslandırıb. Şura sədri veteran jurnalistə rəhbərik etdiyi qurumun diplomunu və xatirə hədiyyəsini təqdim edib. 

Gözünün nurunu itirmiş T.Qarayev keçdiyi ömür yolundan söz açıb. O, öz evində yaratdığı və Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin, sənət adamlarının səs yazılarının saxlandığı muzey barədə məlumat verib. Bildirib ki, muzeydə beş minədək səs saxlanılır. Jurnalist belə nadir materialların istifadə edilməsinin vacibliyini diqqətə çatdırıb. Tele və radio kanalları bu istiqamətdə fəaliyyətə çağırıb.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »