Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycanlı jurnalistlər Türkiyədə səfərdədirlər

-

Səfərin Ərzurum proqramı başa çatıb

Azərbaycan Mətbuat Şurasının, Türkiyənin Azərbaycandakı Səfirliyinin
Mətbuat Müşavirliyinin, Türk İş Adamları və Koordinasiya Agentliyinin
Bakı Proqram Koordinatorluğunun, Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi
Fondunun, TRT-nin və “Anadolu” Agentliyinin Bakı nümayəndəliklərinin
birgə reallaşdırdıqları Türkiyə-Azərbaycan Media Əməkdaşlıq layihəsi
(TAMEP) çərçivəsində Azərbaycan jurnalistlərinin Türkiyənin Ərzurum,
Qars və İğdır şəhərlərinə səfərləri gerçəkləşdirilməkdədir. Şəkinin
“Şəki”, Qubanın “Şəfəq”, Masallının “Cənub xəbərləri”, Cəbrayılın
“Xudafərin” qəzetlərinin baş redaktorlarından ibarət heyətə bölgə
mətbuatı orqanlarının nümayəndələri ilə yanaşı, Azəri Press
Agentliyindən, “Şərq” qəzetindən, Region TV-dən, “Publika.az”
saytından, Jurnalist Araşdırmaları Mərkəzindən, təşkilatçı tərəf kimi
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyindən və
Azərbaycan Mətbuat Şurasından nümayəndələr daxildir. Səfərdən məqsəd
Türkiyənin ötən əsrin əvvəllərində erməni vəhşiliklərindən əziyyət çəkmiş
məkanlarıa baş çəkməkdən,  həmçinin yerli KİV-lərin mövzu ilə bağlı
fəaliyyət istiqamətlərini öyrənməkdən, elm və tədris müəssisələrində,
dövlət qurumlarında “erməni soyqırımı”nın qondarma mahiyyətinin
sistemli tədqiqinə yönələn işlərlə tanış olmaqdan ibarətdir.


Azərbaycanlı media nümayəndələri ilk olaraq Ərzurumdakı Atatürk
Universitetində olublar. Burada təhsil ocağının rektor müavini
professor Hikmət Koçak, universitetin nəzdindəki Türk-erməni Əlaqələri
Araşdırma Mərkəzinin müdiri professor Erol Kürkçüoğlu onlara
ermənilərin Türkiyənin Anadolu hissəsində törətdikləri təxribatlar,
həyata keçirdikləri qətllər, xüsusən də I Dünya Müharibəsi illərində
ermənilərin tərkibində olduqları Osmanlı İmperiyasının çökdürülməsinə
yönələn planlarda aktiv iştirakı barədə dolğun məlumat verilib. Bu
baxımdan Ərzurum Böyükşəhər Bələdiyyəsinin başqanı Mehmet Sekmənlə
görüş də yaddaqalan olub. M.Səkmən habelə Türkiyə və Azərbaycanın türk
dünyasının ortaq tarixi keçmişinin yaşadılması istiqamətindəki
fəaliyyətinin səmərəli nəticələlər verdiyini vurğulayıb. Ərzurumda və
Anadolunun digər bölgələrinin erməni vəhşətlərinə şahidlik baxımdan
tarixi faktları özündə yaşatdığını diqqətə çatdıran bələdiyyə başqanı
Xocalı soyqırımını XX əsrin ən dəhşətli faciələrindən biri kimi yada
salıb. O bildirib ki, dünya birliyi ədalət axtarışındadırsa, ilk
növbədə Xocalıda törədilən dəhşətlərə biganə qalmamılıdır.

Daha sonra nümayəndə heyətinin üzvləri Ərzurumda fəaliyyət göstərən
nüfuzlu “Pusula” qəzetinin redaksiyasında olublar. Nəşrin baş
redaktoru Sevda Günəş İncəsu qonaqlara qəzetin fəaliyyəti barədə geniş
məlumat verib. O, xüsusən də qondarma “erməni soyqırımı” ilə bağlı
təbliğat işlərindən söz açıb. Mövcud istiqamətdə reallaşdırılan
tədbirlərin daha sistematik olmasının zəruriliyini əsaslandırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Azərbaycanlı jurnalistləri Ərzurum səfər proqramının ilk günündə
Türkiyə Baş Bakanlığı yanında fəaliyyət göstərən Mətbuat və
İnformasiya İdarəsinin Ərzurum nümayəndəliyinin rəhbəri Məmduh Nehri
ilə də görüşüblər. M.Nehri təmsil olunduğu qurumun iş
istiqamətlərindən söz açıb. Bölgədəki KİV-lərin xüsusiyyətlərindən
danışan M.Nehri bildirib ki, hazırda Ərzurumda 12 media orqanı
fəaliyyətdədir. Onların hər biri üçün “erməni soyqırımı”nın qondarma
mahiyyətini əks etdirən məsələlərə həssas yanaşma başlıca şərtdir.

Azərbaycan jurnalistlər həmçinin Ərzurum şəhər valisi Əhmet Altıparmak
və Türkiyənin sabiq daxili işlər naziri Əfqan Ala ilə də görüşərək
müzakirələr aparıblar, onların türk dünyasının ortaq problemlərinə
baxışlarını öyrəniblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ətrafındakı qlobal siyasi maraqlar Türkiyənin dünyadakı mövqeyinə
dair baxışları ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan jurnalistləri Ərzurumdan sonra Qars və
İğdırda da olacaqlar. Səfər mayın 5-dən başlayıb və ayın 8-dək davam
edəcək.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »