Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyəli media nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar

Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında

Bu gün Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, Şura əsas missiyasına uyğun olaraq cəmiyyət üzvlərinin media ilə bağlı şikayətlərini araşdırır, qərar və rəylər çıxarır.

MŞ-nin beynəlxalq əlaqələrə daim üstünlük verdiyini diqqətə çatdıran Ə.Amaşov bu münasibətlərdə qardaş Türkiyə mediası və jurnalist təşkilatları ilə təmasların mühüm önəm daşıdığını vurğulayıb. O, Türkiyənin kütləvi informasiya vasitələrinin dünyanın media məkanında mühüm rol oynadıqlarını önə çəkib və əlavə edib ki, Azərbaycan jurnalistlərinin türkiyəli həmkarlarının təcrübəsinə yiyələnməsi vacib əhəmiyyət daşıyır.

Türkiyəli qonaqlar Azərbaycanın mediası ilə tanışlığın onlar üçün böyük önəm daşıdığını bildiriblər. Səfərlərinin Milli Mətbuat Gününə təsadüf etməsindən məmnunluqlarını ifadə ediblər. Onlar Tərəfsiz Jurnalistlər İctimai Birliyinin hər il 22 iyul tarixi ilə bağlı gerçəkləşdirdiyi dəvət təşəbbüsünü yüksək qiymətləndirərək qarşılıqlı əməkdaşlığın faydalı məqamlarına toxunublar. Azərbaycana keçən il gerçəkləşdirdikləri səfərin də onlarda böyük təəssürat yaratdığını önə çəkiblər.

Qeyd edək ki, Türkiyədən gələn media təmsilçilərinin tərkibinə Türkiyə Jurnalistlər Federasiyasının sədr müavini Mehmed Ali Dimlə yanaşı, Türkiyə İdman Yazarları Birliyinin İdarə Heyətinin üzvü Necati Şatana, «Yeni Alaniya» qəzetinin redaktoru Ferit Kesen, Alaniya Qəzetəcilər Cəmiyyətinin üzvü İbrahim Barış Başar daxildir.



13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »