Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası ATƏT-in Bakı ofisi ilə birgə beynəlxalq konfrans keçirdi

Hər iki qurumun birgə layihəsinin birinci hissəsinə yekun vuruldu - Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantı təqdim olundu

ATƏT-in Bakı ofisi Azərbaycan Mətbuat Şurası ilə birgə “Medianın özünütənzimləməsi vasitəsilə ifadə azadlığının qorunması” mövzusunda konfrans keçirib. Konfransda həmçinin jurnalistlərin Peşə Davranışı Qaydalarının yeni variantı da təqdim olunub. Xatırladaq ki, yeni əlavələr edilmiş sənədin məqsədi jurnalist təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində peşəkar etik standartların tətbiqini təşviq etməkdir. Mətbuat Şurasının əvvəlki Peşə Davranışı Qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirilib. ATƏT-in Bakı ofisinin rəhbəri səfir Bilge Cankorel tədbirin açılışında bildirib ki, ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləməsi işində çox mühüm vasitəyə çevrilib. Bu qaydaların vasitəsilə media öz peşəkarlığını artırmaqla yanaşı, müstəqilliyini də qoruyub saxlayır. “Ümid edirik ki, yeni əlavələr edilmiş Peşə Davranışı Qaydaları və bu standartlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və diffamasiyanın dekriminallaşdırılmasına təkan verəcək. Eyni zamanda bütün media, cəmiyyət tərəfindən Mətbuat Şurasına dəstək artacaq. İnanırıq ki, Azərbaycan bu qaydaların qəbulundan sonra yeni parlament dönəmində diffamasiyanın cəza qanunundan çıxarılmasına nail olacaq. Biz bu prosesə hər cür dəstək verməyə hazırıq”. Mətbuat Şurasının sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun bu ili diffamasiya ili elan etdiyini açıqlayıb. “Biz bu qanunun qəbulunda israrlıyıq. Mətbuat Şurası ATƏT-lə bu ilin martından bigə layihələrə başlayıb və əsas məqsədimiz parlamentdə diffamasiya haqqında qanunun qəbulu prosesini sürətləndirməkdir. ATƏT-lə MŞ iki istiqamtədə bu işləri həyata keçirir. Birincisi, Peşə Davranışı qaydalarının yenidən işlənib hazırlanmasıdır. Bununla bağlı Avropa ölkələrindən Azərbaycana ekspert də dəvət etmişik. Məqsədimiz bu qaydaları təkmilləşdirib qəbuluna nail olmaqdır. Digər tərəfdən MŞ KİV-lərin inkişafı üçün bir sıra təkliflər hazırlayıb Prezident Administrasiyasına təqdim edib. Təkliflər arasında mətbuatın əlavə dəyər vergisindən azad olunması, rəsmi qurumların elanlarının bərabər bölünməsi və s var”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Əliyev əsas problemlərdən birinin medianın iqtisadi durumu, maddi-texniki bazası ilə bağlı olduğunu deyib. “Bu problemlərin həllinə nail olmaq üçün dövlət səviyyəsində bir sıra addımlar atılıb. Amma qəzetlərin maliyyə sıxıntısı qalmaqdadır”. PA rəsmisi mətbuatda diffamasiya problemlərinə də toxunub. “Hökumət mətbuatda diffamasiya hallarının çoxalmasından narahatdır. Hər gün biz mətbuatda etibarlı mənbəyə əsaslanan amma dəqiqliyi şübhə doğuran məlumatlara rast gəlirik. Bu cür hallar baş verdiyindən reket jurnalistika ilə mübarizə aparılır”. V.Əliyev 2003-cü ildə qəbul edilən peşə davranışı qaydalarının öz nəticəsini vermədiyini deyib. “Hesab etmək olar ki, yeni qaydalar diffamasiyanın qarşısının alınmasına töhfə verəcək. Bizim gözləntimiz də bundan ibarətdir. Hökumət isə bundan sonra da KİV-in problemlərinin həlli, onun inkişafı üçün şərait yaratmaqda davam edəcək”. Tədbirdə daha sonra Bolqarıstandan olan media mütəxəssisi Oqnian Zlatev və İrlandiya Mətbuat Şurası idarə heyətinin üzvü Martin Fitzratrik etik davranış qaydaları və medianın özünütənzimləməsinə dair təmsil etdikləri ölkələrin təcrübəsi, eləcə də etik davranış qaydalarının diffamasiya və böhtanın dekriminallaşdırılmasına olan təsirindən danışıblar.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »