Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Kazanda toplantıya qatılacaq

-

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türk Dünyası Jurnalistləri Şurasının mayın 26-dan 29-dək Kazanda keçiriləcək II toplantısına qatılacaq. Şura sədri 20 ölkədən 200-dən artıq nümayəndənin iştirak edəcəyi tədbirdə qloballaşan dünyada ənənəvi mediadan onlayn mediaya keçidin xüsusiyyətlərinə, türk dünyası mediasının mövcud dünya düzənindəki roluna dair məruzə edəcək. Tədbirdə habelə dünyada söz və ifadə azadlıqlarının vəziyyəti ilə bağlı hesabatlar açıqlanacaq, türk dünyasının müştərək problemlərinə münasibətdə kütləvi informasiya vasitələrinin səfərbəredici missiyasına nəzər salınacaq. Səfər çərçivəsində Tatarıstan Respublikasının rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri ilə görüşlərin təşkili də nəzərdə tutulur.

Toplantı iştirakçıları təmsil olunduqları bölgələrdən gətirdikləri qəzet nümunələri əsasında hazırlanacaq media sərgisinə də qatılacaqlar.

Qeyd edək ki, Türk Dünyası Jurnalistləri Şurasının ilk toplantısı ötən il Türkiyənin Əskişəhər şəhərində baş tutmuşdu.

Onu da deyək ki, Türk Dünyası Jurnalistləri Şurasının II toplantısında MŞ sədri Əflatun Amaşovla yanaşı, Şuranın İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət də iştirak edəcək.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »