Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinə təbrik məktubu ünvanlayıb

Məktubda deyilir:

Azərbaycan Mətbuat Şurası İctimai Televiziyanın fəaliyyətə başlamasının altı illiyi ilə bağlı quruma təbrik məktubu ünvanlayıb. Məktubda İTV-nin altı yaşının Ramazan bayramı ilə eyni vaxta təsadüf etməsi xüsusi sevindirici məqam kimi vurğulanıb.

Məktubda bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəmizə «Eurovision» kimi möhtəşəm musiqi yarışmasında qələbəni bəxş edən, dünya miqyaslı olayın növbəti Azərbaycan adlı məkanının müəyyənləşməsində misilsiz xidmətləri olan qurumdur: "Altı ilin hesabatı bu zəfərin heç şübhəsiz, qızıl hərflərlə vurğulanmalı olduğunu isbatlayır. Bununla yanaşı ötən müddətin hər bir anı yeni peşəkarlıq xüsusiyyətlərinin, baxışlarının çatdırılması, maraqlı proqram və rubrikaların təqdimatı, aktual mövzuların yüksək səviyyədə işıqlandırılması baxımından əlamətdardır”.  

Məktubda həmçinin bildirilib ki, İctimai Televiziya və İctimai Radio Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda böyük səbirsizliklə izlənən, sevilən, yüksək peşəkarlığı ilə seçilən media orqanları, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızın qürur və iftixar mənbəyidir. “Sizlərə bayram təbriklərimizi çatdırarkən rəhbərlik etdiyiniz qurumun altı yaşının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə təsadüf etdiyini də vurğulayır, İctimai Televiziya və Radio Yayımları Şirkətinə neçə belə yubileylərə şahidliyi, daim Vətənimizlə qoşa addımlayaraq daha böyük müvəffəqiyyətlərə imza atmağı arzulayırıq”, - deyə əlavə edilib.

 


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »