Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında Türk araşdırmaçı-yazarın kitabı təqdim olundu

-

Azərbaycan Mətbuat Şurasında  Türkiyəli araşdırmaçı-yazar Selman Akın "Hasret mektubları" kitabının təqdimatı keçirilib. Kitabda 1918-ci ildə Azərbaycanın xilasına gəlmiş Qafqaz İslam Ordusunun keçdiyi ağır yol, göstərdiyi şücaət sənədlərlə təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, bu kitab real həyat hekayələrindən ibarət olduğundan  o dövrün gerçəkliklərini göstərmək baxımından olduqca əhəmiyyətlidir: "Kitab Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlmiş və müharibədən sonra taleyinə qürbətdə ömür sürmək yazılmış bir türk əsgərinin xatirələrini canlandırır. Bu xatirələr əsasında biz o dövrün gerçəkliklərini daha yaxından izləyə bilirik. Əslində kitabdakı hekayələr bu bir nəfər əsgərin həyatını anlatsada, biz bu döyüşçünün çəkdiyi acıların timsalında həm də xalqımızın üzləşdiyi o ağır tarixi dövrləri yaxından izləyə bilirik.Kitab bu baxımdan o dövrün araşdırmaçıları üçün də olduqca əvəzsiz bir tarixi mənbə rolunu oynayır".

Azərbaycanlıların və Digər Türk Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov çıxışında bildirib ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun tarixi missiyasını, əvəzsiz xidmətlərini anladan bilgilər olsa da, bu tarixi gerçəkliklər geniş ictimayyətə hələ tam olaraq çatdırılmayıb: "Doğrudur, bir çox araşdırmaçılar o dövrün reallıqlarını konkret faktlarla göstərən araşdırmalar aparıblar. Selman Akın "Hasret mektubları" da bunlardan biri, eyni zamanda həmin dövrün reallıqlarına işıq tutan əsərdir. Bu cür əsərlərin yazılması, araşdırmaların aparılması Azərbaycan-Türkiyə münasibətlərinin daha inkişaf etdirilməsində, ortaq türk tarixinin öyrənilməsində də əvəzsiz rola malikdir".

Azərbaycan Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə  çıxışlarında əsərin oxucular üçün layiqli bir töhfə olduğunu vurğulayıblar.

Araşdırmaçı-yazar Selman Akın  "Hasret məktubları"na göstərilmiş diqqət üçün Mətbuat Şurasına təşəkkürünü bildirib: "Bu kitabı yazmaq üçün uzun illərdir ki, Azərbaycan və Türkiyədə araşdırmalar aparmışam. Sizin mənə verdiyiniz bu dəstək, göstərmiş olduğunuz etimad məndə əminlik yaradır ki, mən bu araşdırmalarımı aparmaqda davam etməliyəm. O dövrün hələ işıq üzü görməyən, tarixdə gizli qalan çoxlu sənədlər mövcuddur. Bundan sonrakı fəaliyyətimdə onla üzərində araşdırmalarımı davam etdirəcəyəm".

Tədbirin sonunda  Azərbaycan Mətbuat Şurası və ATXƏM adından araşdırmaçı yazara Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərmiş olduğu xidmətlərə və "Hasret mektubları" kitabına görə diplom təqdim olunub.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »