Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. İclasda Gəncə Ağır Cinayətlər Məhkəməsinin «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində, həmçinin «Azpolitika.info» saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciətinə, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun «dia.az» saytı ilə əlaqədar şikayətinə baxılıb,  «pia.az» saytının fəaliyyətindəki narazılıq doğuran cəhətlər ətrafında müzakirələr aparılıb.

 

İclasda öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İqbal Məmmədovun «dia.az» saytı ilə əlaqədar şikayəti araşdırılıb. Şikayətlər üzrə Komissiyanın iclası barədə «dia.az» saytının rəhbəri Məhəmməd Ərsoya müvafiq məlumat verilsə də, o iclasda iştirak etməyib. Şikayətçi tərəfin səlahiyyətli nümayəndəsi bildirib ki, bir müddət öncə «dia.az» saytının rəhbəri M.Ərsoy deputat İ.Məmmədovun mobil telefonuna mesaj yazaraq ondan avtomobilin təmiri üçün 2 min manat məbləğində pul istəyib. Bu istəyin yerinə yetirilməməsindən az sonra «dia.az» saytında İ.Məmmədov barədə xoşagəlməz materiallar yer almağa başlayıb. Şikayətçi tərəfin nümayəndəsi M.Ərsoyun yazdığı iddia olunan mesajı, habelə «dia.az» saytındakı materialları da sübut kimikomissiyaya təqdim edib.

 

Şikayətlər üzrə Komissiya müzakirələrdən sonra belə rəyə gəlib ki, məsələnin məğzində jurnalistin konkret təmənnanın ödənilmədiyi təqdirdə öz peşə səlahiyyətlərindən sui-istifadəyə yol verməsi dayanır. Belə hallar isə qələmə alınmış materialın obyektivliyinə şübhə yaradır. M.Ərsoy Şikayətlər üzrə Komissiyanın iclasına qatılmadığından cavabdeh tərəf kimi yazdığını əsaslandırmır. Belə olan halda məsələnin Şuranın «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyasında araşdırılması zərurəti yaranır.

 

****

 

Eyni rəy «Pia.az» saytı barədə də çıxarılıb. Bu zaman sözügedən internet xəbər portalının fəaliyyəti ilə bağlı Şuraya son zamanlar daxil olmuş müraciətlərdə ifadə olunan motivlər əsas götürülüb. Şuranın «Pia.az» saytı ilə əlaqədar yekun qərarının «Reket jurnalistika»ya qarşı Mübarizə Komissiyasının rəyinə əsaslanmasının vacibliyi önə çəkilib.

 

****

 

İclasda müzakirə edilən sonuncu məsələ Gəncə Ağır Cinayətlər Məhkəməsinin «Azadlıq» və «Yeni Müsavat» qəzetlərində, həmçinin «Azpolitika.info» saytında 2014-cü ilin əvvəlindən başlayaraq gedən bir sıra materiallarla bağlı müraciəti olub. Cavabdeh tərəf qismində «Yeni Müsavat» qəzetinin hüquqşünası Vaqif Hüseynov və «Azpolitika.info» saytının rəhbəri Elnur Məhərrəmli iştirak edib. Onların hər ikisi məsələ ilə bağlı mövqelərini bildiriblər.

 

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin müraciətində bu məhkəmə orqanınınicraatında olan, Əliyev Həsən Əkbər oğlu və qeyrilərinin barəsindəki cinayət işinə dair məlumatlar üzərində dayanılıb. Mövcud xüsusda «Azadlıq» qəzetində 13 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixədək, «Azpolitika.info» saytında 12 fevral 2014-cü il tarixdən 11 oktyabr 2014-cü il tarixədək, «Yeni Müsavat» qəzetində 19 sentyabr 2014-cü il tarixdən 9 oktyabr 2014-cü il tarixədək olan müddətdə mütəmadi şəkildə yayımlanmış materiallara diqqət yönəldilib.

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası materialları araşdıraraq belə rəyə gəlib ki, hər bir kütləvi informasiya vasitəsi istənilən mövzunu, o cümlədən məhkəmə proseslərini işıqlandırmaqda sərbəstdir. Məhkəmə prosesi ilə bağlılığı olan şəxs və ya şəxslər bu və ya digər ictimai əhəmiyyət daşıyan vəzifə sahibləridirlərsə, medianın məsələyə daha çox diqqət yetirməsi anlaşılandır. Mövcud xüsusda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş və dövlət başçısının müvafiq sərəncamı ilə vəzifə səlahiyyətlərinə xitam verilmiş Həsən Əkbər oğlu Əliyevin adı keçən cinayət işinə maraq da təbii qarşılanmalıdır.

 

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası Gəncə Ağır Cinayətlər Məhkəməsinin Şuraya ünvanladığı məktubda ifadə olunan narahatlığı da təbii qarşılayır. MŞ narazılıq doğuran materialları təhlil edərək bunu da əsas tutur ki, KİV cəmiyyətdə bu və ya digər məsələ ilə bağlı çaşqınlıq yaratma ehtimalı böyük olan materiallardan uzaq durmalıdır.

 

MŞ-nin Şikayətlər üzrə Komissiyası bunu da vurğulayır ki, KİV-lərin yazdıqları ədalət mühakiməsinin, konkret olaraq məhkəmə orqanının məsələ ilə bağlı yekun  qərarına təsir göstərə biləcək effekt yaratmamalıdır. Bu cəhət gözlənilmədiyi, konkret olaraq eyni bir məsələ barədə ardıcıl informasiyaların verildiyi, orada bir çox hallarda mülahizə yükü artıq olan məqamların gündəmə gətirildiyi təqdirdə cəmiyyətdə medianın ictimai missiya daşıyan orqan deyil,  maraqlı tərəflərin ruporu olması görüntüsü yaranır.

 

Digər tərəfdən, bəhs edilən məsələ ətrafında KİV-lərin təqdim etdikləri materialların ağırlıq yükü külli miqdarda rüşvət və digər bu sayaq neqativ cəhətlər olduğundan, müxtəlif məqamların konkret dəlil və sübuta əsaslanmadan şübhələndirilməsi də cəmiyyətin ümumi ahənginə, habelə beynəlxalq miqyasda ölkənin imicinə təsir göstərən cəhətlərdəndir. İctimai missiya yerinə yetirməyə məsul KİV məsələlərə diqqətlə yanaşmalıdır.

 


Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyası bütün bunları nəzərə alaraq belə rəyə gəlib ki, «Azadlıq», «Yeni Müsavat» qəzetləri və «Azpolitika.info» saytı «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın «Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı» adlı 3-cü prinsipinin 3.10-cu bəndinin «cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülmüşsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır» tələbini pozub. Həmçinin bu tələbin gözlənilməməsi AJPDQ-nın «Həqiqətə xidmət, dəqiqlik və obyektivlik» adlı 1-ci prinsipinin «jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır» tələbinin pozulmasına da səbəb olub. Buna görə də  «Azadlıq», «Yeni Müsavat» qəzetlərinə və «Azpolitika.info» saytına Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq edilir. Komissiya həm bu KİV-ləri, eləcə də müraciətdə adı çəkilməyən, ancaq oxşar yazıların verildiyi digər media orqanlarını materiallarında ölkə qanunvericiliyinin tələblərinə riayət etməyə çağırır, onlara cəmiyyətdə çaşqınlıq yaratma ehtimalı yüksək olan, ədalət mühakiməsinin, bu və ya digər məsələ ilə bağlı yekun qərarına təsir göstərə biləcək məqamları gündəmə gətirməkdən uzaq durmağı, yaradıcılıq nümunələri hazırlayarkən həssas davranmağı tövsiyə edir.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »