Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib

-

5 KİV-in adının Mətbuat Şurasının «qara siyahı»sına salınması üçün təqdimat hazırlanıb


Azərbaycan Mətbuat Şurasının «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının iclası keçirilib. Komissiyanın sədri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-i Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.

Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın «qara siyahı»sına daxil edilməsinə əsaslar verir. Bunlar «Yüksələn Azərbaycan» «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytlarıdır. «Yüksələn Azərbaycan»nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları «qara siyahı»da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.

Saytlara gəldikdə, vurğulanıb ki, İstər «Jam.az», istərsə də «iskra.az» əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.

Komissiya «Maqnat.tv» saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. «Azerinfo.az» saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib. İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib. Bu məsələlər barədə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası  tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq.



14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »