Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin birgə layihəsi çərçivəsində ikinci «dəyirmi masa» keçiriləcək

Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyyələr müzakirə olunacaq

Sentyabrın 1-i saat 12.00-da Azərbaycan Mətbuat Şurasının ATƏT-in Bakı ofisi ilə birgə layihəsi çərçivəsində ikinci «dəyirmi masa» keçiriləcək. MŞ-nin ofisində baş tutacaq tədbirdə Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına təklif edilən əlavə və düzəlişlərlə bağlı tövsiyyələr müzakirə olunacaq. 

Qeyd edək ki, bu il avqustun 12-də MŞ və ATƏT-in Bakı ofisinin birgə təşkil etdiyi “dəyirmi masa”da peşə davranışı qaydalarına əlavə və düzəlişlərlə bağlı tövsiyyələr nəzərdən keçirilmiş və sənədin təkmil variantının hazırlanması üçün işçi qrupu formalaşdırılmışdı. MŞ İdarə Heyətinin üzvlərinin, ATƏT-in Bakı ofisinin təmsilçisinin, ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərinin rəhbərlərinin və media ekspertlərinin daxil olduğu qrup avqustun 30-də baş tutan iclasda tövsiyyələrə bir sıra düzəlişlər edərək onu ümumi diskussiyaya çıxarmaq üçün məqbul sayıb. 

Xatırladırıq ki, Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi bu ilin martında jurnalistlərin peşə davranışı qaydalarını təkmilləşdirmək və diffamasiya ilə bağlı təşəbbüsləri dəstəkləmək üçün birgə layihəyə start verib. Layihə çərçivəsində sentyabrın ilk ongünlüyündə beynəlxalq ekspertlərin də iştirakı ilə konfransın keçirilməsi planlaşdırılır.


18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »