Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Qubada mətbuat xidmətləri təmsilçiləri üçün treninq-məşğələ keçiriləcək

Tədbir Mətbuat Şurasının və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin birgə layihəsi çərçivəsində baş tutacaq

İyulun 9-10-da Qubada Azərbaycan Mətbuat Şurasının Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsi çərçivəsində ilk treninq-məşğələ keçiriləcək. Tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin - Xızı, Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətləri təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur. 

Layihəyə təlimçi qismində iki xarici ekspert də cəlb olunub. Onlardan biri Fred Gijbels Avropa Şuranının Moldova, Gürcüstan, Özbəkistan və digər ölkələrdəki layihələrinə qatılıb. Hollandiyanın Leyden Universitetində sosial elmləri tədris edir. Digər ekspert David van der Houven Mərkəzi və Şərqi Avropa ölkələrində media hüquqları üzrə çoxsaylı layihələrdə təlimçi olub.

Qeyd edək ki, MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsindən məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir. Layihə çərçivəsində ikinci treninq-məşğələnin iyul ayının 30-31-də Tərtər rayonunda təşkili planlaşdırılır.



01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »