Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında "Şərqi-Rus” qəzetinin 110 illik yubileyi keçirildi

“Şərqi-Rus” qəzetinin yaranma tarixi və fəaliyyəti

Bu gün Azərbaycan Mətbuat Şurasında "Şərqi-Rus” qəzetinin 110 illik yubiley tədbiri keçirilib. 


Tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ali məktəblərin   jurnalistika fakültələrinin  müəllimləri və tələbələr iştirak ediblər.


Yubiley tədbirini giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan xalqının məfkurəsini formalaşdırmaqda mühüm rol oynamış “Şərqi-Rus” qəzetinin yaranma tarixi və ölkə mətbuatının bundan əvvəlki durumu barədə qısa məlumat verib. O bildirilib ki, qəzet zamanında olduqca liberal mövqeyə malik idi: “Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi-Rus" həm inqilabi mübarizənin qızışdığı, kənar təzyiqlərin artdığı bir zamanda yayımlanırdı”.


Ə.Amaşov, həmçinin, mətbuat tariximizin öyrənilməsində xidmətləri olan şəxslərin əməyini yüksək qiymətləndirilməsinin zəruriliyindən söhbət açıb.


Mətbuat tariximizin əsas araşdırmaçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynov “Şərqi-Rus” qəzetinin yaranma zərurətindən, XX əsrin əvvəlində Azərbaycanda işıq üzü görən milli qəzet və jurnalların say və xarakterindən, ilk anadilli mətbuatımızın əhəmiyyətindən müfəssəl məlumatla çıxış edib. O bildirilib ki, “Şərqi-Rus” qəzetinin redaktoru, çar Rusiyasının məşhur “Moskovski Vedomosti” qəzetinin Türkiyə üzrə 10 il xüsusi müxbiri işləmiş Məhəmməd ağa Şahtaxtlı Naxçıvanda mülkünü 18 min rus rubluna sataraq “Qeyrət” mətbəəsini açıb, redaksiya heyətini peşəkarlardan ibarət insanlarla formalaşdırıb və xalqının maarifləndirilməsi naminə qəzetin müntəzəm çapını təmin edib.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Şərqi-Rus” qəzetində işıqlandırılan mövzuların dövr üçün aktuallığı barədə danışıb. O bildirib ki, qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması kimi məsələlər qaldırılırdı.

Daha sonra çıxış edənlər  mətbuat, söz sənətimizin ən parlaq nümunələrindən biri olan “Şərqi-Rus” qəzetinin Vətən, millət anlayışlarına sadiqliyindən söhbət açaraq, onu xalqa təmənnasız xidmətin təkrarsız və bənzərsiz nümunəsi adlandırıblar.


Qeyd edək ki, "Şərqi-Rus"un ilk sayı 1903-cü il martın 30-da işıq üzü görüb. Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yer tutan bu mətbu nəşr XX əsrdə çapdan çıxşmış ilk ana dilli milli qəzetimizdir. Əvvəllər həftədə üç dəfə, 1904-cü il iyunun 8-dən isə gündəlik yayımlanan qəzetin təsisçisi və baş redaktoru  dövrünün görkəmli ictimai-siyasi xadimi Məhəmməd ağa Şahtaxtlı olub.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »