Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Əflatun Amaşov İrana səfəri çərçivəsində bır sıra görüşlər keçirib

-

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin dəvəti ilə Tehrana səfəri başlayıb. Noyabrın 5-dən 9-dək gerçəkləşdiriləcək səfərdən başlıca məqsəd İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində iştirakdır. Bununla yanaşı səfər proqramına islam respublikasındakı media orqanları və jurnalist təşkilatı nümayəndələri, həmçinin parlament üzvləri və bir sıra rəsmi şəxslərlə görüş də daxildir.

İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisinin açılış mərasimində ölkə prezidenti Həsən Ruhani, həmçinin İranın yüksək səviyyəli rəsmiləri iştirak edib. İİR prezidenti H.Ruhani çıxışında tədbirin əhəmiyyətindən və medianın cəmiyyət həyatındakı rolundan söz açıb. O, medianın dünyada barış və sülhün təmin olunmasındakı missiyasının vacibliyini xüsusi vurğulayıb, sərgi iştirakçılarına uğurlar arzulayıb. 


Qeyd edək ki, İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci  beynəlxalq sərgisində ölkənin ümumilikdə 900-dən çox qəzet, jurnal, informasiya agentliyi və jurnalist təşkilatının təqdim etdikləri materiallar hər media qurumu üçün ayrılmış güşədə nümayiş olunub. Sərgidən məqsəd İran media orqanları arasında əlaqəni gücləndirməkdən, beynəlxalq media qurumları ilə qarşılıqlı əməkdaşlıq yaratmaqdan ibarətdir. 


***

Ə.Amaşov Tehrana səfəri çərçivəsində öncə İranın mədəniyyət və islam irşadı nazirinin müavini cənab Hossein Entezami ilə görüşüb. 


Görüşdə İran və Azərbaycan arasındakı qarşılıqlı münasibətlərin hazırkı durumundan söz açılaraq məmnunluq ifadə olunub. Hər iki ölkənin media qurumlarının əməkdaşlığının da bu baxımdan tamamlayacı rol oynayacağı bildirilib. Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb. O bildirib ki, Azərbaycan Mətbuat Şurası həm ayrıca təşkilat kimi beynəlxalq media quruluşları ilə birgə təşəbbüslər reallaşdırır, həm də bu və ya digər şəkildə Azərbaycan mediasının xarici media orqanları ilə qarşılıqlı fəaliyyətinin qurulmasına dəstək olur. Şura sədri İrana səfərinin bu baxımdan səmərəli keçəcəyinə əminliyini vurğulayıb.

***

Ə.Amaşovun növbəti görüşü İran İslam Respublikasının Mədəniyyət və İslam İrşadı Nazirliyinin xarici media ilə iş departamentinin direktoru Muhammed Cəfər Safi ilə olub.

Görüşdə son illərdə Azərbaycan və İran mediası arasındakı münasibətlərdə intensivliyin nəzərə çarpdığı bildirilib. İrandan Azərbaycana, Azərbaycandan İrana qarşılıqlı jurnalist səfərlərinin təşkil olunduğu diqqətə çatdırılıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun İran İslam Respublikasının Azərbaycandakı Səfirliyi ilə mövcud istiqamətdə yeni layihəyə start verdiyini vurğulayaraq layihə çərçivəsində görüləcək işlərin hər iki ölkənin kütləvi informasiya vasitələrini bir-birinə daha sıx bağlayacağına inamını ifadə edib. 


***

MŞ sədri növbəti görüşünü İranın İRNA xəbər agentliyinin icraçı direktoru Muhammad Xoddadi ilə keçirib. 

Görüşdə İran və Azərbaycan mediası arasındakı əməkdaşlığın hazırkı durumu, perspektiv vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, hər iki ölkə jurnalistləri fəaliyyətlərində İran və Azərbaycan xalqlarının adət-ənənə yaxınlığına əsaslanan tarixi bağlılığını qorumağı hədəf seçməlidirlər. Bu baxımdan hazırkı vəziyyətdən məmnunluq ifadə olunub. 

***

Ə.Amaşov İranın mətbutı və xəbər agentlikləri məhsullarının 22-ci beynəlxalq sərgisi gedişində də bir sıra görüşlər keçirib. Bu baxımdan ölkənin jurnalist təşkilatı təmsilçiləri, habelə islam respublikasının İSRA xəbər agentliyinin nümayəndələri ilə fikir mübadilələri də xüsusi əhəmiyyət daşıyıb.


***

Deputat Ə.Amaşov daha bir görüşünü İran Parlamenti sədrinin I müavini, Parlamentin türk fraksiyasının rəhbəri Məsud Pezeşkianla keçirib.

Sərginin «Parlament mediası» guşəsində gerçəkləşmiş görüşdə M.Pezeşkian yeni yaradılmış və tərkibinə 100 deputatın daxil olduğu fraksiyanın perspektiv planlarından söz açıb. Görüşdə həmçinin Azərbaycan və İran parlamentləri arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə olunub. Ə.Amaşov Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı M.Pezeşkiana hədiyyə edib.


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »