Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İdarə Heyətinin iclası keçirilib

Gündəlikdə 4 məsələ müzakirəyə çıxarılıb

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. MŞ sədri Əflatun Amaşov İH üzvlərinə gündəliyə təklif olunan məsələlər barədə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb. 

Əvvəlcə Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu ətrafında müzakirələr aparılıb. İH üzvləri «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının «Gündəm xəbər» qəzetinin adının yenidən MŞ-nin «qara siyahı»sına daxil edilməsi ilə bağlı təqdimatındakı arqumentləri bununla əlaqədar qərar çıxarılması üçün yetərli sayıblar. Qeyd olunub ki, MŞ nəşrin adını milli mətbuatımızın 135 illik yubileyi münasibətilə həyata keçirdiyi əfvə əsasən siyahıdan çıxarsa da, «Gündəm xəbər» rəhbərliyi məsələdən lazımi nəticə çıxarmayıb. Şuraya qəzetlə bağlı ünvanlanan çoxsaylı haqlı şikayətlər, həmçinin onun saylarının monitorinqi göstərib ki, mətbu orqanda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsip və bəndlərinə sayğısızlıq halları daim təkrarlanmaqdadır. İdarə Heyəti «Gündəm xəbər»lə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün əsasların olduğunu da müəyyənləşdirib. Eyni ölçü tədbirinin «Bizim dövr» qəzeti ilə bağlı seçilməsi zamanı mətbu orqanın peşə prinsiplərinə etinasız yanaşdığını təsdiqləyən şikayət və müraciətlər əsas götürülüb.

İclasda daha bir qəzetin adının MŞ-nin «qara siyahı»sına salınması barədə qərar qəbul edilib. Bu barədə «Ədalət carçısı» qəzeti ilə bağlı çıxarılan qərarın motivini nəşrin etik prinsiplərə aşkar sayğısızlığı, peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi təşkil edib.

MŞ İdarə Heyəti «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının «Cəmiyyət» qəzetinə ciddi xəbərdarlıq, «Azərbaycan gündəmi» qəzetinə isə xəbərdarlığın edilməsi ilə bağlı rəylərini eyni məzmunlu qərarların çıxarılması üçün əsas sayıb. Qərara alınıb ki, «Cəmiyyət» qəzetinin qarşıdakı üç ay müddətində çıxacaq saylarının monitorinqi aparılsın, prosesin yekununa əsasən mətbu nəşrin fəaliyyətində nə dərəcədə dönüş yaratdığı, iradlardan necə nəticə çıxardığı müəyyənləşdirilsin.

İclasda «reket nəşr»lərlə bağlı müzakirə aparılarkən belə kütləvi informasiya vasitələrinin hələ də «Azərbaycan» Nəşriyyatında mövcudluğu faktının narazılıq doğurduğu vurğulanıb. Məsələ ilə bağlı Şuranın İdarə Heyətinin bu qurumun rəhbərliyi ilə görüş keçirməsinin, zəruri olan birgə tədbirlərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Ali məktəblərin jurnalistika fakultəsinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsinin tətbiqi ətrafında fikir mübadiləsi aparılarkən yekdil rəy bundan ibarət olub ki, məsələnin əhəmiyyəti dövlət başçısı tərəfindən də vurğulanıb. Buna görə də Mətbuat Şurasının ölkə prezidentinə müraciət ünvanlaması məqsədəuyğun sayılıb.

Sonda MŞ sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Şuraya bununla bağlı müraciət edən KİV-lərin zəruri prosedur qaydaları yerinə yetirmələri sahəsindəki vəziyyət dəyərləndirildikdən sonra «Elm və həyat» jurnalı, «Millətçilik», «Yeni Avropa» qəzetləri və «Metroservis» MMC Şura sıralarına qəbul ediliblər.



15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »