Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının ATƏT-lə birgə layihəsi üzrə dəyərləndirmələr aparan bolqarıstanlı ekspert Oqnyan Zlatov Şuranın İdarə Heyətinin üzvləri ilə görüşüb

Mətbuat Şurasının cari fəaliyyət istiqamətləri ətrafında da fikir mübadilələri aparılıb

Bu gün ATƏT-in Bakı ofisi tərəfindən ölkəmizə dəvət olunan ekspert, Bolqarıstanın media inkişafı üzrə mərkəzinin rəhbəri Qqnyan Zlatovla Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin görüşü keçirilib. Görüş MŞ-nin iş prinsipləri ilə tanışlıq xarakteri daşıdığından toplantıda İdarə Heyətinin növbədənkənar iclası iş modeli kimi təqdim edilib. 

Görüşdə çıxış edən avropalı qonaq bildirib ki, Azərbaycana gəlişindən məqsəd ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə diffamasiya haqqında qanunun qəbulu və jurnalistlərin peşə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə layihəsinə dair dəyərləndirmələr aparmaqdan ibarətdir. Bura ölkədə söz və mətbuat azadlığının mövcud durumu ətrafında yerli kütləvi informasiya vasitələri, jurnalist təşkilatları rəhbərləri və dövlət qurumlarının təmsilçiləri ilə müzakirələrin təşkili də daxildir. 

O.Zlatov artıq bir sıra müzakirələrə qatıldığını və Azərbaycan mediası ilə bağlı ilkin təsəvvürlərə malik olduğunu vurğulayıb. Mətbuat Şurasının iş prinsiplərinin, xüsusən də şikayət və müraciətlərin araşdırılması qaydalarının vacib əhəmiyyət daşıdığını qeyd edən ekspert Şuranın İdarə Heyətinin üzvləri ilə diskussiyaların əsasən mövcud istiqamətdə getməsinin zəruriliyini önə çəkib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, ATƏT-in Bakı ofisinin MŞ-nin Diffamasiya haqqında qanunun qəbulu prosesinin gücləndirilməsinə, qanun layihəsinin hazırlanaraq ölkə parlamentinə təqdim edilməsinə, paralel olaraq jurnalistlərin peşə prinsiplərinin təkmilləşdirilməsinə, həmçinin bu prinsiplərə riayyət olunması sahəsində Mətbuat Şurasının fəaliyyət intensivliyinin artırılmasına dair təşəbbüsünü müsbət qiymətləndirib. Ə.Amaşov mövzunun bu il martın 15-də ATƏT-in Bakı ofisinin rəhbəri Ali Bilgə Cankorelin də qatıldığı «dəyirmi masa»da geniş müzakirəyə çıxarıldığını və birgə razılığın konturlarının müəyyənləşdirildiyini diqqətə çatdırıb. «Həmin tədbirdə qərara alındı ki, Mətbuat Şurası «Diffamasiya haqqında» Qanun layihəsini hazırlayarkən ATƏT-in Bakı ofisinin tövsiyyələrindən istifadə etsin. Eyni zamanda Şuranın fəaliyyətini tənzimləyən sənədlərin, o cümlədən «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın təkmilləşdirilməsi və yeni variantının hazırlanmasında ATƏT-in Bakı ofisinin rəyləri nəzərə alınsın» - deyə o bildirib. 

MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizə dəvətinin və bu yöndə tematik tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi ilə MŞ-nin birgə fəaliyyət dairəsinə peşə davranışı qaydalarının təkmilləşdirilməsi həyata keçirildikdən sonra sənədin yeni variantının ölkə KİV-ləri tərəfindən imzalanması da daxildir. 

Tədbirdə avropalı qonağa MŞ-nin iş prinsipləri, xüsusən də Katibliyin fəaliyyəti, Şikayətlər üzrə Komissiyanın şikayətləri araşdırma mexanizmləri, İdarə Heyətinin qərar və rəylərinin qəbulu məsələləri və bu istiqamətdəki digər mövcud prosedur qaydalar haqqında ətraflı məlumat verilib. Həmçinin Şuranın dirəg komissiyalarının gördüyü işlərdən müfəssəl söhbət açılıb. Çıxışlarda bildirilib ki, Mətbuat Şurasında müxtəlif yönümlü KİV-lərin nümayəndələri, habelə fərqli ictimai-siyasi baxışlara malik düşərgələrin təmsilçiləri cəmləşiblər. Lakin bu, onların medianın problemlərinə eyni nöqteyi-nəzərdən yanaşmalarına mane olmur. Ötən 7 ildə Azərbaycan Mətbuat Şurasını səciyyələndirən başlıca xüsusiyyət, qurumun ölkə ictimaiyyəti, müxtəlif vətəndaş qrupları tərəfindən tanınmasındakı, quruma etimadla yanaşılmasındakı zəruri element məhz budur.

Görüşdə O.Zlatinova Mətbuat Şurasının konkret qərar və rəyləri təqdim olundu. İH üzvləri onun Mətbuat Şurasının jurnalist həbslərinə, peşə fəaliyyətini yerinə yetirən media təmsilçilərinin qarşılaşdıqları problemli situasiyaların həllinə dair, həmçinin Şuranın cari fəaliyyətinin müxtəlif aspektləri ilə bağlı suallarını cavablandırdılar.


13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
02
oktyabr
MŞ və BAMF-ın birgə təşəbbüsü ilə cəbhə bölgəsinə səfər təşkil olunub

-

ətraflı »
14
sentyabr
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib

-

ətraflı »