Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Lənkəranda «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» silsiləsindən sayca beşinci konfrans baş tutdu

Növbəti tədbir Xaçmazdadır

Azərbaycan milli mətbuatının 135 illik yubileyinə həsr ounmuş silsilə tədbirlərdən sayca beşincisi bu gün Lənkəran şəhərində keçirilib. «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda konfransı giriş sözü ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açıb. 

T.Süleymanov ölkədə media sahəsində həyata keçirilən dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib. O bildirib ki, ölkə prezidentinin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi haqqında 10 iyun 2010-cu il tarixli sərəncamından irəli gələrək müxtəlif bölgələrdə konfranslar düzənlənib. Tədbirlərin yüksək şəkildə təşkil olunduğunu, medianın hazırkı durumu, keçdiyi tarixi yol haqqında geniş diskussiyaların aparıldığını deyən şöbə müdirini müavini Lənkəranda baş tutan toplantının da əhəmiyyətli olacağına əminliyini bildirib. 

Lənkəran şəhər icra hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun Azərbaycanın ictimai fikrində xüsusi yerinin olduğunu deyib. Rəhbərlik etdiyi bölgədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri barədə statistik məlumatlar verən T.İbrahimov medianın kəmiyyət əmsalının keyfiyyətlə uzluşmasının vacibliyini önə çəkib. «Ölkədə mediaya dövlət qayğısı daim artmaqdadır. Mövcud sahədə ardıcıl siyasət yürüdülür. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının milli mətbuatın 135 illik yubileyi münasibətilə imzaladığı sərəncam bunun növbəti əyani nümunəsidir. Belə bir durumda istər kütləvi informasiya vasitələrinin, istərsə də onların məlumat mənbələrinin üzərinə böyük məsuliyyət düşür», - deyə o əlavə edib. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Azərbaycan milli mətbuatı 135: tarixi nailiyyətlər və perspektivlər» mövzusunda məruzə edib. Şura sədri bildirib ki, 1875-ci ildən bu günədək Azərbaycan mətbuatı respublikanın ictimai-siyasi, sosial-mədəni ab-havasının formalaşmasında başlıca faktor rolunu oynamağı bacarıb. Bunu böyük nailiyyət adlandıran Ə.Amaşov mövcud statusun heç də asanlıqla əldə edilmədiyini vurğulayıb: «Həsən bəy «Əkinçi»nin nəşrini demək olar, tək həyata keçirib. Əsrin əvvəllərində fəaliyyət göstərən müstəqil ruhlu mətbuatın fəaliyyətinə də çar Rusiyası tərəfindən məhdudiyyətlər olub. Sovet dönəmi hər birimizə yaxşı məlumdur. Qadağalar, təqiblər və sair. Bununla belə mətbuatımız əsrin sonlarına doğru əsrin əvvəllərində oynadığı missiyanı təkrarən üzərinə götürdü - Azərbaycanın müstəqillik ideyasının carçısına çevrildi».

Ölkədə media sahəsində mükəmməl qanunvericilik bazasının mövcud olduğunu vurğulayan MŞ sədri diqqəti bəzi sui-istifadə hallarına da yönəldib: «Ölkədə qəzet, jurnal, informasiya agentliyi təsisi üçün münbit şərait var. Hər kəs cüzi tələbləri yerinə yetirməklə media sahibi ola bilər. İstərdim ki, məsələnin mənfi və müsbət tərəflərini ətraflı nəzərdən keçirək. Kütləvi informasiya vasitələrinin 4000-i ötən sayı keyfiyyətlə nə dərəcədə uzlaşır?», - deyən Ə.Amaşov media sahəsindəki problemlərin digər cəhətlərindən də geniş bəhs edib. 

Məruzə ətrafında çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söhbət açıb. Mətbuata dövlət dəstəyinin prinsip və formaları barədə məlumat verən V.Səfərli qurumun qarşıdakı görəcəyi işlər barədə məlumat verib. 

Mətbuat Şurası İdarə Heyətinin üzvü, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında KİV-lərin cəmiyyətin həyatında daşıdığı missiyanı xüsusi vurğulayıb. Mətbuatın tarixi və keçdiyi yol barəsində danışan İH üzvü media vasitələrinin Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi ilk dönəmdəki çətin anlarını xatırladıb, həmin vaxt ümummilli lider Heydər Əliyevin apardığı siyasətin həlledici rol oynadığını deyib. O bildirib ki, eyni kursun prezident İlham Əliyev tərəfindən də davamı özünü çoxsaylı fərman və sərəncamlarda göstərir. R.Məcid nitqində KİV-lərin cəmiyyət həyatının müxtəlif sahələrinə dair nöqsanları işıqlandırma xüsusiyyətlərinə və məmur-jurnalist münasibətlərinə də diqqət yetirib. 

Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli media sahəsindəki problemlərin kökündə iqtisadi amilin dayandığını vurğulayıb. Mövcud cəhət isə digər çoxsaylı problemlərə, o cümlədən jurnalistlərin sosial-məişət qayğılarının çoxluğuna səbəb olur. «Çox yaxşı haldır ki, ölkədə jurnalistika sahəsində müsabiqələrin sayı artır. Bunlar jurnalistlərin maddi durumlarının nisbətən də olsa, yaxşılaşdırmaq, peşəni stimullaşdırmaq baxımından əhəmiyyətli rol oynayır», - deyə o əlavə edib. 

Çıxış edənlərdən «Yeni gün» qəzetinin (Cəlilabad) redaktoru Böyükxan Bağırlı, «Suqovuşan» qəzetinin (Sabirabad) redaktoru Pakizə Məmmədova, «Yeni həyat» qəzetinin (Masallı) redaktoru Əyyub Mehdiyev, Cəlilabad Raon İcra Hakimiyyətinin şöbə müdiri İnqilab Quliyev, Lerik Rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlipənah Bayramov, Astara Rayon İcra Hakimiyyətinin şöbə müdiri Azər Abdullayev və başqaları ölkə rəhbərliyinin söz və mətbuat azadlığı ilə bağlı məsələlərə daim həssas yanaşdığını bildirərək milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı prezident sərəncamını bunun və jurnalistikanın tarixinə verilən önəmin növbəti bariz nümunəsi kimi dəyərləndiriblər.


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »