Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ-nin Ahıl Jurnalistlər Məclisi yeni layihəyə start verdi

Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər

Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi «Həyat işığında» layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafanda xidmətləri olmuş, ömrünü-gününü peşəsinə sərf etmiş qayğıya ehtiyaclı qələm sahiblərinə baş çəkmək, onlarla maraqlanmaq nəzərdə tutulur. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələrinin, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimlərinin təşkili də daxildir.

 

Bu gün MŞ sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, həmçinin Şuranın Ahıl Jurnalistlər Məclisinin üzvləri qocaman jurnalist Kazım Ələkbərova baş çəkiblər. Qeyd edək ki, hazırda ömrünün 88-ci ilini yaşayan Kazım Hacıhüseyn oğlu Ələkbərov uzun illər Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da, «Xalq qəzeti»ndə, «Bakı»-«Baku» qəzetlərində və digər tanınmış mətbu orqanlarda məsul vəzifələr tutub. Neçə-neçə jurnalist nəslinin yetişməsində xidmətləri olub. K.Ələkbərov  idarəçilik sistemində də çalışıb. Dövlət idarələrində ana dilinin tətbiqi işinə də yaxından kömək göstərib.

 

Görüş zamanı MŞ sədri Əflatun Amaşov K.Ələkbərova rəhbərlik etdiyi qurumun təşəbbüsü barədə məlumat verib. Bildirib ki, Şura qayğıya ehtiyacı olan jurnalistləri yaddan çıxarmayacaq, onların keçdiyi ömür yolunun təqdim edilməsi üçün tədbirlərini gücləndirəcək. Qocaman jurnalist K.Ələkbərov həyat fəaliyyətindən söz açıb, jurnalist fəaliyyətinin spesifik məqamları ilə bağlı fikirlərini bölüşüb. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə K.Ələkbərov kimi dəyərli qələm sahiblərinin həyat yolunun örnək məqamlarının gənc nəslə çatdırılmasının vacibliyini vurğulayıb. Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, jurnalistlər Məzahir Süleymanzadə və Mehman Fərzullayev K.Ələkbərovun xarakterik iş xüsusiyyətlərindən bəhs edib, xatirələrini bölüşüblər.

 

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »