Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının XII toplantısına qatılır

Tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının XXII toplantısına qatılacaq. Tədbir noyabrın 4-5-də Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçiriləcək.

Toplantıda alyansa üzv 30-dan artıq ölkənin Mətbuat Şuralarının hesabatı dinləniləcək, bu qurumların fəaliyyətindəki oxşar və fərqli cəhətlər ətrafında fikir mübadilələri aparılacaq. Azərbaycan Mətbuat Şurasının hesabatı və Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının yeni variantı müzakirəyə çıxarılacaq. 

Tədbirin gündəliyinə vətəndaş-mətbuat münasibətlərinə, plüralizmin inkişafı məsələlərinə, Mətbuat Şurası və onlayn jurnalistika mövzularına dair diskussiyaların aparılması da daxildir . MŞ sədri Ə.Amaşov Hollandiyaya səfəri çərçivəsində bu ölkədəki Mətbuat Şurasının 50 illik yubileyi mərasiminə də qatılacaq. Qeyd edək ki, Ə.Amaşovun bu il həmçinin Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının Nepalda keçiriləcək illik toplantısında iştirakı da nəzərdə tutulur.


14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »
07
sentyabr
Azərbaycan Mətbuat Şurası «Mediada Azərbaycan dilinin qorunması: problemlər və perspektivlər» mövzusunda «dəyirmi masa» keçirib

-

ətraflı »
26
avqust
Mətbuat Şurasında türk dünyasından olan bir qrup şair və yazıçı ilə görüş keçirilib

-

ətraflı »
27
iyul
Azərbaycan Mətbuat Şurası ilə Udmurdiya Jurnalistlər İttifaqı arasında anlaşma memorandumu imzalanıb

-

ətraflı »
24
iyul
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib

ətraflı »