Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurası Bakıda keçirilən mitinqdə monitorinq aparıb

-

Mətbuat Şurası özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb.

Bu iş Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən həyata keçirilib. Qrup aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insident qeydə almayıb. Eyni zamanda, prosesdə iştirak edən jurnalistlərdən də müraciət daxil olmayıb.

Monitorinq qrupu, həmçinin mitinqdə jurnalistlərə prosesi işıqlandırmaq üçün yaradılmış şəraiti də nəzərdən keçirib. Mövcud istiqamətdə də hər hansı nöqsan nəzərə çarpmayıb.

Jurnalistlər əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Bununla belə, bu zəruri tələbə əməl etməyən kütləvi informasiya vasitələri təmsilçiləri də müşahidə edilib. Mətbuat Şurası bildirir ki, kütləvi aksiyaları işıqlandıran jurnalistlərin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olmamaları yarana biləcək insidentlər zamanı onların hüquqlarının qorunmasını məhdudlaşdırır.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »