Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusunda konfrans keçirəcək

-

 

Azərbaycan Mətbuat Şurası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkiaşfına Dövlət Dəstəyi Fondu, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin Bakı nümayəndəliyi, TRT-nin və Anadolu Agentliyinin ölkəmizdəki nümayəndəlikləri ilə birlikdə «Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusunda konfrans keçirəcək. Tədbir dekabrın 11-də saat 09:30-da Beynəlxalq Mətbuat Mərkəzində işinə başlayacaq.

Üç iclasdan ibarət olacaq konfransa Türkiyədən TRT telekanalının baş direktoru Şenol Goka, Türkiyə Mətbuat və İnformasiya İdarəsinin rəhbəri Əli Günəş, Ankara Qazi Universitetinin jurnalistika fakultəsinin dekanı Zakir Afşar, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğan və digər şəxslər qatılacaqlar. Tədbirdə həmçinin ölkəmizin dövlət rəsimilərinin, aparıcı KİV-lərin, o cümlədən internet portallarının rəhbərlərinin, ekspertlərin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, konfrans çərçivəsində Türkiyədən gələn media nümayəndələrinin ölkəmizin telekanallarındakı proqramlara qatılmaları, Quba məzarlığını ziyarəti, Bakı Dövlət Universitetində və Bakı Slavyan Universitetində tələbələrlə görüşü də gerçəkləşdiriləcək.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »