Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının «apellyasiya qrupu»nun iclası keçirilib

Qrup daha 15 qəzetin "qara siyahı"dan çıxarılması ilə bağlı müraciətini araşdırır

Dünən Azərbaycan Mətbuat Şurasının «apellyasiya qrupu»nun iclası keçirilib. Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuranın «qara siyahı»sında yer alan bir sıra qəzetlər bu ictimai qınağın üzərilərindən götürülməsi üçün Mətbuat Şurasına müraciətlər ünvanlamaqdadırlar. O vurğulayıb ki, qrupun sonuncu toplantısı bu ilin iyul ayında olub və «Reket nəşrlərin müəyyənləşdirilməsinə dair Təlimat»a uyğun olaraq siyahıdakı 26 KİV-in adı «qara siyahı»dan çıxarılıb. Bu zaman eyni zamanda milli mətbuatımızın 135 illik yubileyi ilə bağlı onların bağışlanılması prinsipi də əsas götürülüb.

V.Rəhimzadə hazırda 15-dək mətbu nəşrin yenidən MŞ-yə müraciət etdiyini nəzərə çatdırıb, qrup üzvlərindən məsələyə münasibət bildirmələrini xahiş edib. Qrup üzvləri Mətbuat Şurasına daxil olan müraciətlərlə tanış olduqdan sonra rəyə gəliblər ki, növbəti iclasda müraciət edən KİV-lərin hər biri ilə fərdi söhbətlər aparılsın, həmin qəzetlərin «qara siyahı»dan çıxarılmasına nə kimi əsaslar olduğu müəyyənləşdirilsin. Eyni zamanda qrupun rəyi hazırlanaraq Şuranın İdarə Heyətinə verilsin.

Qeyd edək ki, MŞ-nin «apellyasiya qrupu» bu ilin fevralında yaradılıb. Qrupun təşkilindən məqsəd Mətbuat Şurasının «qara siyahı»sında yer alan KİV-lərin müraciətlərini müzakirə etmək və adlarının siyahıdan çıxarılma imkanlarını araşdırmaqdır.

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »