Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının ATƏT-lə birgə layihə çərçivəsində keçirdiyi seminarlar başa çatıb

Bununla da layihə ilə bağlı seminarlar yekunlaşıb

Bu gün Azərbaycan Mətbuat Şurasında Şuranın ATƏT-lə birgə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımi ilə gerçəkləşdirdiyi layihə çərçivəsində növbəti seminar keçirilib. Bununla da layihə ilə bağlı seminarlar yekunlaşıb.

Məlum olduğu kimi, “İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” mövzusunda noyabrın 10-da baş tutmuş ilk seminarda jurnalistlər və polis orqanlarının əməkdaşları iştirak ediblər. MŞ sədri Əflatun Amaşovla yanaşı, Azərbaycan dövləti tərəfindən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, həmçinin Daxili İşlər Nazirinin müavini Oruc Zalovun, ATƏT tərəfdən isə qurumun media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin və Bakı ofisinin rəhbəri Koray Tarqayın açılış çıxışları etdikləri seminarda jurnalistlərin kütləvi nümayişləri işıqlandırmalarının beynəlxalq miqyasda ən çox rast gəlinən metodları ilə əlaqədar xarici və yerli eksperlərin məruzələri dinlənilib. Seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Noyabrın 12-dən Beynəlxalq Mətbuat Mərkəzində davam etdirilən seminarda hökumət nümayəndələri və jurnalistlər arasında effektiv qarşılıqlı informasiya mübadiləsini formalaşdırmaq istiqamətindəki mövzular nəzərdən keçirilib. Jurnalistlərin və dövlət qurumlarının mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə baş tutmuş seminarda məlumatın əldə olunmasınında onlar arasındakı müxtəlif səmərəli əməkdaşlıq formalarına dair məruzələr edilib, müxtəlif fakt və hadisələrə münasibətdə dövlət orqanlarının və medianın reaksiyasına dair təcrübi məşğələlər aparılıb.

Eyni qaydada davam etdirilmiş seminarın noyabrın 13-nə nəzərdə tutulmuş sonuncu iş planında informasiya əldə olunması sahəsində milli və beynəlxalq standartlardan, bu istiqamətdəki problemlərdən, dövlət və media arasındakı ünsiyyətin hüquqi aspektlərindən, Azərbaycanda qanunvericiliyin məlumata çıxışla bağlı tələblərindən, ictimaiyyətlə əlaqələr sistemində internet resurslardan, sosial şəbəkələr və bloqlardan faydalanma imkanlarından, mətbuat konfranslarının təşkili üsullarından söhbət açılıb.

Sonda seminar iştirakçısı olmuş mətbuat xidmətləri təmsilçilərinə və jurnalistlərə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, 3 gün davam etmiş seminarlara ümumən DİN-in müxtəlif strukturlarında çalışan 20-dən artıq müxtəlif vəzifəli şəxsi, dövlət və hökümət qurumlarının mətbuat xidmətlərindən 15 təmsilçi, həmçinin ölkənin tanınan, ictimai fikrə təsir göstərən KİV-lərindən 20-dən artıq nümayəndə qatılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »