Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasında türkiyəli jurnalistlərlə görüş keçirilib

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlinib

Bun gün Azərbaycan Mətbuat Şurasında Türkiyənin ölkəmizdə səfərdə olan aparıcı media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.

Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara Azərbaycan mediası barədə ətraflı məlumat verib. O bildirib ki, ölkədə 9 ümumrespublika, 15 regional miqyaslı telekanal fəaliyyətdədir. 34 gündəlik, 100-dən çox həftəlik qəzet çıxır. Əhalinin 50 faizi internet istifadəçisidir. Bloggerlik geniş yayılmaqdadır. Həmçinin internet xəbər portallarının, televiziya və radiolarının sayı da durmadan artır. Ə.Amaşov həmçinin Azərbaycan mediasının zəngin hüquqi bazaya malik olduğunu vurğulayıb. O, MŞ-nin ATƏT-in Bakı ofisinin dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsi hazırladığını və sənədin ölkə parlamentinə təqdim edildiyini diqqətə çatdırıb.

Rəhbərlik etdiyi qurumun iş prinsiplərindən danışan Ə.Amaşov Şuranın əsas fəaliyyətinin media ilə bağlı şikayətlərin araşdırılmasından ibarət olduğunu vurğulayıb. «Mətbuat Şurasına şikayətlər ayrı-ayrı vətəndaşlardan, dövlət qurumlarından, idarə, müəssisə və təşkilatlardan, eləcə də özəl firmalardan daxil olur. Bununla yanaşı, mediamızın müxtəlif problemlərinə dair araşdırmalar aparır, müxtəlif mövzularda tematik toplantılar keçiririk. Şuranın beynəlxalq əlaqələrində Türkiyə kütləvi informasiya vasitələri ilə münasibətlər başlıca yer tutur. Payızda Bakıda türkdilli xalqların media təmsilçilərinin qurultayının təşkilini nəzərdə tuturuq. Hesab edirik ki, indiki dövrdə qarşılıqlı əlaqələrin daha sıx şəkildə qurulması dövrümüzün tələbidir», - deyə o vurğulayıb.

Qeyd edək ki, türkiyəli qələm sahiblərinin ölkəmizə səfəri Azərbaycanın Türkiyədəki Səfirliyinin təşəbbüsü ilə baş tutub. Məsələ ilə əlaqədar ətraflı məlumat verən səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirib ki, səfərdən məqsəd ölkəmizin tarixi, mədəniyyəti, dövlətçilik ənənəsi, iqtisadi potensialı barədə bilgilərin, ən əsası isə Dağlıq Qarabağ problemi və onun ağır nəticələrinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılmasına dəstək göstərməkdir. «Türkiyəli jurnalistlərin Azərbaycan həqiqətləri barədə ilk mənbədən informasiya almalarını təmin etməyi və mövcud prosesi dərinləşdirməyi düşünürük» - deyən səfirlik sözçüsü qonaqların artıq Prezident Administrasiyasında görüş keçirdiklərini, təmasların digər qurumlarla da davam etdiriləcəyini, həmçinin ölkəmizin müxtəlif bölgələri ilə də tanışlıqların aparılacağını diqqətə çatdırıb. Mətbuat katibi iyulun 22-dək davam edəcək səfər çərçivəsində qonaqların müxtəlif KİV redaksiyalarında görüşlərinin təşkilinin də nəzərdə tutulduğunu deyib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində baş tutan toplantıda Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, həmçinin «Olaylar» İnformasiya Agentliyinin və eyni adlı qəzetin rəhbəri Yunus Oğuz, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli və başqaları çıxış ediblər. Diskussiyalarda Mətbuat Şurasının peşə fəaliyyəti ilə bir araya sığmayan KİV-lərlə bağlı fəaliyyəti, həmçinin Azərbaycanda jurnalistlərin yazdıqları yazıya görə həbsi təcrübəsinin olmaması və s. məsələlərə də yer verilib. Başlıca olaraq hər iki ölkənin media təmsilçiləri arasındakı münasibətlərin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, jurnalistlərin təmasları fərdi qaydada deyil, kellektiv şəkildə qurulsa, daha faydalı olar. Azərbaycan mediasında Türkiyə barədə nə qədər bilgi varsa, Azərbaycanla bağlı Türkiyə mediasındakı məlumatların dinamikliyi də eyni səviyyəyə çatdırılmalıdır. Bu işdə qardaş ölkənin mediası daha aktiv rol oynamalıdır.

Fikir mübadiləsi zamanı həmçinin bildirilib ki, ermənilərin Azərbaycanda törətdikləri soyqırımı siyasətinin, etdikləri vəhşiliklərin ifşası mövsümi xarakter daşımamalıdır. Türkiyə mediası ölkəmizin üzləşdiyi faciələrin istər Türkiyə daxilinə, istərsə də ondan kənara çatdırılmasında səylərini əsirgəməməlidir. Görüşdə Türkiyə və Azərbaycanın media nümayəndələrinin qarşılıqlı təmaslarının daha da gücləndirilməsi barədə razılığa gəlinib.

Qeyd edək ki, Türkiyədən Azərbaycana gələn media nümayəndələrindən ibarət heyətin tərkibinə qardaş ölkənin nüfuzlu «Todays Zaman» qəzetinin əməkdaşı Abdullah Bozkurt, «Zaman» qəzetinin əməkdaşı İsa Yazar, «Milliyyət» qəzetinin yazarı Murat Pazarçı, «Radikal» qəzetinin əməkdaşı Tarıt İşık, «Hürriyyət» qəzetinin əməkdaşı Cansu Çənlibel və «Haber türk»ün əməkdaşı Saliha Kösən daxildir.


 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »