Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Həsən Cabbarzadənin 95 illik yubileyi ilə bağlı anım mərasimi keçirilib

-

Bu gün “Xalq qəzeti” redaksiyasında nəşrin keçmiş əməkdaşı Həsən Cabbarzadənin 95 illik yubileyi ilə bağlı anım mərasimi keçirilib. Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin düzənlədiyi mərasimi MŞ sədri Əflatun Amaşov açıb. 

Ə.Amaşov bildirib ki, Azərbaycan mətbuatının tanınmış simalarından biri olan Həsən Cabbarzadə 37 il “Kommunist” (indiki “Xalq qəzeti”) redaksiyasında çalışıb. Yaşlı nəslin nümayəndələri onun “Mətbuat xülasəsi”, “Son poçt”, “Rayon qəzetlərinin səhifələrində” və digər rubrikalar altında dərc edilən dərin məzmunlu məqalələrini indi də yaxşı xatırlayırlar. Jurnalistik fəaliyyətə Təbrizdə demokratik hərəkat dövründə başlamış Həsən müəllim bu tayda da uzun illər anadilli mətbuatımızın inkişafı yolunda fədakarlıqla çalışıb. 

Yubilyarın mübarizə yoldaşı və dostu, xalq şairi Söhrab Tahir mərhum haqqında xatirələrini danışaraq deyib  ki, H. Cabbarzadənin atası Məmmədəli kişi də mətbuata bağlı insan olub. O, Təbrizdə “Humay” kinoteatrı ilə üzbəüz mətbəədə çap maşınında işləyirdi, Səttərxan, Xiyabani hərəkatının fəal iştirakçılarından olmuşdu. Seyidcəfər Pişəvəri tez-tez onun çalışdığı mətbəəyə gələrdi və “Azərbaycan” qəzetində dərc ediləcək materialları redaktə edərdi. Həsən Cabbarzadə XX əsrin birinci yarısında Cənubi Azərbaycanda baş verən məşrutə hərəkatının, Xiyabani və “21 Azər” hərəkatlarının fəal iştirakçısı olmuş bir ailəsdə mübarizəyə başlamışdı. Həsən Cabbarzadənin həyat və mübatizə yolu barəda məlumat verən natiq daha sonra  bildirib ki, o, 1919-cu il martın 28-də Təbriz şəhərində anadan olub. Dörd il təhsil alandan sonra ailə vəziyyətinə görə məktəbdən ayrılmaq məcburiyyətində qalıb. 


1932-35-ci illərdə kitab mağazasında işləyib. Eyni vaxtda axşam məktəbində təhsilini davam etdirib.1939-cu ildə ordu sıralarına çağrılıb. Təxris olunandan sonra Tehran şəhərinə gedib və 1943-cü ildə Tehran Universitetinin hüquq fakültəsinə daxil olub. Elə həmin il də İran Xalq Partiyasının sıralarına qəbul olunub. 1944-cü ildə baş verən inqilabi hadisələrlə əlaqədar təhsilini yarımçıq qoyaraq Təbrizə qayıdıb. 1945-ci ilin oktyabrında Azərbaycan Demokrat Firqəsinin (ADF) sıralarına keçib və ona Azərbaycan Milli Hökumətində məsul vəzifə daşıyıb. 1946-cı ilin aprelində ADF-nin Mərkəzi Komitəsində işə qəbul olunub. 1946-cı ilin dekabrında İran şah qoşunlarının hücumu nəticəsində Azərbaycan Milli Hökuməti süqut edəndə və Cənubi Azərbaycanda şahlıq idarə üsulu bərpa olunanda Milli Hökumətin və Azərbaycan Demokrat Firqəsinin yaradıcılarından bir qrupu SSRİ-yə pənah gətirdi. 

Həsən Cabbarzadə də onların arasında idi. O, bu tayda 1947-ci ilin 12 fevralında Azərbaycan KP MK yanında Ali Partiya Məktəbinə qəbul olundu və dörd il sonra - 1951-ci ilin avqustunda “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor vəzifəsinə işə götürüldü. Söhrab Tahir  qeyd edib ki, Həsən Cabbarzadənin bu taydakı əmək kitabçasında tək bir ünvan yazılıb - “Kommunist” qəzeti redaksiyası. O, bu kollektivə gələn gündən onu öz doğma evi, doğma ocağı bilib. Jurnalistika çətin peşədir. Böyük zəhmət, fədakarlıq və öz işinə vurğunluq tələb edən bir işdir. Jurnalistikaya çox adam həvəs göstərir. Ancaq oradakı gecəli-gündüzlü ağır zəhmətə tab gətirməyib başqa sahələrə üz tutanlar daha çox olur. Bir də sözün əsl mənasında, jurnalistikanın sirlərinə yiyələnərək bu peşənin zirvəsinə yüksələnlər o qədər də çox deyil. Həsən Cabbarzadə məhz o jurnalistlərdəndir ki, adını mətbuatımızın tarixinə əbədi yazmışdır. 

Ahıl Jurnalistlər Məclisinin rəhbəri, əməkdar jurnalist Yusif Kərimov Həsən Cabbarzadənin çağdaş jurnalistlərə örnək olan ömür yolununndan ibrətli məqamları nəzərə çatdırıb, belə soydaşlarımızın həmişə qədirbilənliklə yad olunacağını söyləyib. 


“Xalq qəzeti”ndə Həsən Cabbarzadə ilə bir dövrdə işləmiş Tamara Əliyeva, Telman Əliyev, Əlipənah Bayramov, Rafiq Həsənov, İsaq Əmənullayev, Mehman Fərzullayev, mərhum soydaşımızla yaxından tamasda olmuş jurnalistlərdən Oqtay Cəfərov, Əlövsət Bəşirli və digər yazarlar yubilyarın peşəkar və insani cəhətlərini geniş və xoş xatirələrlə yada salıb, onu o tay-bu tay jurnalistikasının unudulmaz nümayəndəsi kimi səciyyələndiriblər. 

Sonda Söhrab Tahir mərhum dostunun yad edilməsinə görə Mətbuat Şurasına və “Xalq qəzeti” rəhbərliyinə təşəkkürünü bildirib, bu hadisənin otayda da məmnunluqla qapşılacağını söyləyib.

 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »