Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

İH üzvlərinin müzakirələrindən sonra gündəliyə 5 məsələnin daxil edilməsi qərarlaşdırılıb

Dünən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib. İH üzvlərinin müzakirələrindən sonra gündəliyə 5 məsələnin daxil edilməsi qərarlaşdırılıb.

Görkəmli jurnalist Nəsrulla İmanquliyevin yubileyi MŞ-də qeyd ediləcək

Öncə Azərbaycanın tanınmış ictimai-siyasi xadimi və publisisti, respublikanın əməkdar jurnalisti Nəsrulla Əsəd oğlu İmanquliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi ətrafında müzakirələr aparılıb. MŞ sədri Əflatun Amaşov milli jurnalistikamızın təşəkkülündə yeri olan, mətbuatımızın inkişafında əvəzsiz xidmətlər göstərən bu insanın yubileyinin yüksək səviyyə keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sərəncam imzalandığını nəzərə çatdırıb. O qeyd edib ki, bu məqsədlə qəbul edilən sərəncamda Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Şurasının da təkliflərini nəzərə almaqla tədbirlər planı hazırlayıb həyata keçirməsinin göstərilməsi mənsub olduğumuz qurum üçün böyük etimaddır.

İdarə Heyətinin üzvlərindən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas çıxışlarında göstəriblər ki, N.İmanquliyev Azərbaycan jurnalistlərinin böyük bir nəslini yetişdirən, sanballı yazıları ilə mətbuat tariximizə misilsiz töhfələr verən şəxsiyyət idi. Onun redaktoru olduğu “Bakı” və “Baku” qəzetləri isə günümüzə də örnək sayıla biləcək məktəbdir. İH üzvləri bütün bunları nəzərə alaraq Mətbuat Şurasının “Nəsrulla İmanquliyev irsi və müasir jurnalistikamız” adlı konfransın keçirilməsini qərara alıblar.

Dekabrın sonunda Mətbuat Şurası illik hesabat verəcək

Şura sədri Ə.Amaşov ikinci məsələ ilə əlaqədar deyib ki, il başa çatmaqdadır. Şura daha bir maraqlı yaşantılar, gərgin axtarışlar, zəngin tədbirlərlə dolu ili yola salmaqdadır. Ənənəyə uyğun olaraq bu müdətdə görülən işləri özündə əks etdirən hesabat hazırlanmalı, media təmsilçilərinin və ictimaiyyət nümayəndələrinin müzakirəsinə təqdim olunmalıdır. İH üzvləri hesabatın hazırlanmasının Şura sədrinə həvalə edilməsini məntiqi sayıblar. Təklif olunub ki, orada əldə edilmiş uğurlarla yanaşı həllini gözləyən məsələlərə də ətraflı yer verilsin.

“Polit press” və “Yeni axtarış” “reket nəşr” kimi “qara siyahı”da

Sonra MŞ-nin “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyanın sədri, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edib. O bildirib ki, komissiyanın dekabrın 1-də keçirilən iclasında 8 qəzetlə bağlı məsələyə baxılıb. İkisinin fıaliyyətində peşə prinsipləri ilə bir araya sığmayan hallar qabarıq nəzərə çarpdığından belə rəyə gəlinib ki, onların “reket nəşr” elan olunaraq Şuranın “qara siyahı”sına daxil edilməsi üçün ciddi əsaslar mövcuddur və bu nəzərə alınaraq İdarə Heyətinə təqdimat verilməlidir.

İH üzvləri çıxışlarında hər iki nəşr barədə oxşar fikirlərin MŞ-nin Şikayətlər üzrə Komissiyasının da rəylərində ifadəsini tapdığını vurğulayıblar. Beləliklə qərara alınıb ki, Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının “Polit press”, Ağdam Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin və həmin rayondakı Sukanal İdarəsinin “Yeni axtarış” qəzetləri barədə şikayətləri, həmçinin komissiyanın qərarları əsas götürülərək hər iki kütləvi informasiya vasitəsi “reket nəşr” elan olunsun və adları Şuranın “qara siyahı”sına daxil edilsin.

Məsələnin müzakirəsi zamanı razılığa gəlinib ki, adları bu siyahıya salınan KİV-lərlə bağlı MŞ-nin qərarlarını şərtləndirən cəhətlər barədə mediada yazıların təqdimatı xüsusi önəmə malikdir. Şura Katibliyi isə bu istiqamətdə tədbirlər həyata keçirməlidir.

Daha üç qərar çıxarıldı və “7gun.az” Xəbər Saytına töhmət verildi

İdarə Heyəti sonra daha üç qərar çıxarıb. İH üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli başçılıq etdiyi Şikayətlər üzrə Komissiyanın son rəyləri barədə məlumat verib. İdarə Heyəti qərara alıb ki, Saatlı Rayon İcra Hakimiyyətinin və AMİ-nin Qazax filialının “7gun.az” Xəbər Saytı ilə bağlı müraciətlərinə əsasən qəbul olunmuş rəylər qərar çıxarılması üçün yetərlidir. Sayta MŞ-nin xəbərdarlığı olunub. Onun baş redaktoru Cavid Şirəliyevə Xəbər Saytının fəaliyyətində dönüş yaratmaq tövsiyə edilib.

“Poliqon” Analitik İnformasiya Agentliyinin Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov barədə təqdim etdyi materialda da “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın bir sıra bəndlərinin tələblərinə sayğısızlıq göstərildiyi MŞ qərarında yer alıb. Agentlik rəhbərliyinin nəzərinə çatdırılb ki, bu cür təqdimat etik prinsiplərlə qətiyyən bir araya sığmır və gələcəkdə təkrar olunacağı təqdirdə onun barəsində daha ciddi ölçü götürülə bilər.

Mətbuat Şurası üzvlüyünə qəbul

Həmin gün Azərbaycan Mətbuat Şurası sıralarına daha üç yeni üz qəbul olunub. İH üzvləri “Discovery Azerbaijan” jurnalının, “Yeni liqa” qəzetinin, “Tele-inform” Xəbərlər Mərkəzinin müraciətlərini nəzərdən keçirərək bunun üçün tam əsaslar olduğunu müəyyənləşdiriblər.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »