Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sədrliyi ilə düzənlənən tədbirin gündəliyinə 4 məsələ daxil edilib. Gündəlik səsə qoyularaq qəbul edilib. 

 

Öncə Ələt qəsəbə sakini İmaməli Səmədovun «Haqqın sədası press» qəzeti ilə bağlı şikayətinə baxılıb. Komissiya üzvləri ötən il ərzində cəmi 9 sayı işıq üzü görmüş bu mətbu nəşrdə etik prinsiplərin gözlənilmədiyini, peşədən sui-istifadəyə yol verildiyini müəyyənləşdiriblər. Rəyə gəlinib ki, bütün bunlar və digər amillər qəzetinin fəaliyyətinin MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılmasının vacibliyini şərtləndirir. Həmin komissiyanın rəyi «Haqqın sədası press» qəzeti barədə Mətbuat Şurasının daha dolğun qərarının çıxarılmasına yardımçı ola bilər.

 

İclasda daha iki kütləvi informasiya vasitəsi barədə məsələnin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirəsi məqbul sayılıb. Bunlar «Yüksələn Azərbaycan» qəzeti və Jurnalist Araşdırma Mərkəzidir («jam.az» saytı). 

 

Komissiya Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Nizami Telefon Qovşağının qəzetlə bağlı müraciətinin müzakirəsi zamanı mətbu nəşrin MŞ-nin «qara siyahı»sındakı bir sıra KİV-lərlə korporativ əməkdaşlıq şəraitində fəaliyyət göstərdiyini müəyyənləşdirib. O da müəyyən olunub ki, baş redaktor Kifayət Vəliyevanın jurnalist peşəsi ilə bağlı olmayan maraqlarının həyata keçirilməsinə xüsusilə «Ədalət tribunası» qəzeti (baş redaktoru Aynur Babayeva) fəal surətdə dəstək verir. Hər iki qəzetdə yoxlanılmamış, dəlil-sübutlara əsaslanmayan, böhtan xarakterli materialların olduğu kimi təqdimatı, tədbir görülmək üçün müvafiq orqanlara göndərilməsi və sair oxşar metodlar bunun əlamətləri sayılıb. Qeyd olunub ki, cəmi bir ay müddətində «Ədalət tribunası» qəzeti ilə əlaqədar Mətbuat Şurasına Mingəçevir Turizm Kollecindən, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından, Göygöl Suvarma Sistemləri İdarəsindən, Ağcabədi Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən və ölkənin digər yerlərindən ünvanlanan şikayətlər bu KİV-lərin fəaliyyətlərində dönüş yaratmaq istəmədiklərinin əlamətidir. 

 

Salyan Rayon İcra Hakimiyyətinin Jurnalist Araşdırma Mərkəzi («jam.az» saytı) barədə müraciətinin müzakirəsi zamanı belə rəyə gəlinib ki, Mətbuat Şurası ötən il bu KİV-ə xəbərdarlıq etməsinə baxmayaraq orada etik prinsiplərə sayğılı münasibət nəzərə çarpmır. Salyan RİH-in şikayətini doğuran yazılarda belə hallar özünü qabarıq göstərir. 

 

Laçın Rayon İcra Hakimiyyətinin «hefteaz.tv» saytı ilə bağlı şikayətinə gəldikdə isə, şikayətçi tərəf məsələ barədə məhkəməyə də müraciət etdiyi üçün MŞ-nin prosedur qaydalarına uyğun olaraq müraciətə baxılmayıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »