Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Müsabiqə elanı

“Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi 

Baş Dövlət Yol Polisi İdarəsi, Azərbaycan Mətbuat Şurası və “Polisə dəstək” İctimai Birliyi 2 iyul Polis işçilərinin peşə bayramı günü münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda yazı müsabiqəsi keçirir.


I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı istiqamətlər müəyyənləşdirilib;


1. Azərbaycanın yol polisi sistemində islahatlar;

2. Piyada və sürücü mədəniyyəti: qarşılıqlı inam və etimadın təbliği;

3. Təhlükəsiz yollar. Avto qəzaların aradan qaldırılmasında ictimai maarifləndirmə.


II. Mükafatlandırma

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar. Ümumən müsabiqədə 3 birinci, 3 ikinci və 3 üçüncü yer nəzərdə tutulur. 


I yer - 800 manat;

II yer - 500 manat;

III yer - 300 manat.


Müsabiqədə yer tutacaq şəxslərin adları 2 iyul Polis işçilərinin peşə bayramı ərəfəsində açıqlanacaq.


III. Müsabiqə şərtləri


Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:


Materialların mövzunu əhatə etmə səviyyəsi;

Faktlardan istifadə xüsusiyytələri;

İfadə vasitələrinin zənginliyi;

Oxucu üçün informasiyalılıq dərəcəsi.


Müsabiqəyə 2014-cü ilin iyun ayının 11-dən 28-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq. 


Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.


Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;


Yazıda “Yazı Baş Dövlət Yol Polisi İdarəsinin, Azərbaycan Mətbuat Şurasının və “Polisə dəstək” İctimai Birliyinin “Yol polisi, təhlükəsiz yollarımız” mövzusunda birgə keçirdikləri müsabiqəyə təqdim olunmaq üçün verilir” qeydi olmalıdır. 


Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.


IV. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti (vəsiqənin və ya əmək kitabçasının surəti), həmçinin müəllifin əlaqə vasitələri əlavə olunmalıdır. 


Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən link (elektron formada, diskdə) təqdim edilməlidir.


Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.


Yazılı formada (A4 formatlı kağız vərəqində) təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.


Yazılar 28 iyun 2014-cü il tarixinədək həftənin iş günləri saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 (hazırkı Məmməd Araz 4) ünvanında - Azərbaycan Mətbuat Şurasının ofisində qəbul ediləcək. 

 


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »