Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi Mətbuat Şurasında olub

-

Bu gün İran İslam Respublikasının ölkəmizdəki Səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi Azərbaycan Mətbuat Şurasında olub.

Qonağı salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov Azərbaycan və İran xalqları arasında münasibətlərin tarixiliyinə diqqət çəkib. Müasir dövrdə də bu əlaqələrin qorunmasının vacibliyindən söz açan Şura sədri mövcud prosesdə hər iki ölkə jurnalistlərinin üzərinə mühüm missiyanın düşdüyünü dilə gətirib. «Hesab edirik ki, Azərbaycanın və İranın media nümayəndələrinin təmasları inkişaf etdirilməlidir. Bu təmaslar daim olub. Ancaq indiki dövrdə məsələyə daha həssas yanaşmaq zərurəti var. Mətbuat Şurası bu qənaətdədir ki, İrandan Azərbaycana, Azərbaycandan isə İrana jurnalist səfərlərinin təşkili, birgə fikir mübadilələrinin aparılması ölkələrimiz arasındakı yaxınlaşmaya, ümumən tarixi bağlılığın dərinləşməsinə mühüm töhfə olardı», - deyən Ə.Amaşov qonağı rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumatlandırıb. 

M.Nəcəfi bildirib ki, İran və Azərbaycan arasında siyasi və iqtisadi müstəvidə geniş əlaqələr mövcuddur. Bu baxımdan hər iki ölkə mediasının bir-birinə daha sıx yaxınlaşması arzuolunandır. İndiyədək İranda Azərbaycan jurnalistlərinin 10 heyətinin səfərdə olduğunu vurğulayan mətbuat katibi onu da deyib ki, münasibətlərin KİV rəhbərləri səviyyəsində qurulması faydalı olardı. 

Görüşdə İran-Azərbaycan jurnalistlərinin dostluq qrupunun formalaşdırılmasının, jurnalistika sahəsində fəaliyyət göstərən müəllimlərin, təhsil alan tələbələrin təcrübə mübadiləsi üçün şərait yaradılmasının, birgə konfransların və digər tədbirlərin təşkilinin vacibliyi önə çəkilib. Həmçinin yeni qarşılıqlı əməkdaşlıqda ilk addım kimi İran və Azərbaycan jurnalistlərinin hər iki ölkənin sərhədyanı bölgələrində görüşlərinin keçirilməsi məqsədəmüvafiq sayılıb.


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »