Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Nekroloq- Ələsgər Cabbarovun əziz xatirəsinə

-

Amansız ölüm çağdaş jurnalistikamızın daha birtanınmış nümayəndəsini sıralarımızdan apardı. “Xalq qəzeti”nin keçmiş əməkdaşı ƏləsğərMüzəffər oğlu Cabbarov ömrünün 83-cü ilindəüzün sürən xəstəlikdən sonra dünyasını dəyişdi.

Ə.Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin dünyada tanınan ali məktəblərindən sayılanSənaye İnstitutunu neft mühəndis ixtisası üzrəbitirmişdi. Jurnalistikaya dərin marağı nəticəsində respublikanın qəzet və jurnalları, radiosu ilə sıxəməkdaşlığa başladı. Beləcə həm də yaradıcılıqsferasına qədəm qoymuş oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının 1961-ciyaradılan “Elm və həyat” jurnalının redaksiyasıformalaşdırılarkən elmi-texniki biliyini mətbuyaradıcılıq təcrübəsi ilə qovuşdurmuş ziyalılarçevrəsindən Ələsgər Cabbarov da seçilib işə qəbulolundu, burada şöbə müdiri kimi fəaliyyət göstərdi. Bir neçə il sonra isə MilliEnsiklopediyaya redaksiya müdiri təyin edildi.

Ə.Cabbarov “Xalq qəzeti”nə 1992-ci ildə gəldi,bilik və bacarığını əsirgəmədən çalışdı. Əvvəlkommersiya direktoru, sonra isə bölgə müxbirikimi qəzetin yeni yolda uğurla irəliləməsinəköməyini göstərdi. Ömrünün ahıl çağında könüllüolaraq nəşrdən uzaqlaşsa da, kollektivlə ömrününson günlərinədək sıx əlaqədə oldu.

Onu tanıyanlar Ə.Cabbarovda həyatın çətinliklərivə özünü təsdiqləmək əzminin vaxtından əvvəlyetkinləşdiyini bildirirlər. İnsanlarla münasibətdəhəddindən artıq səmimi, mehriban, qayğıkeş və xeyirxah idi. Çətinlikdən qorxmur, ağırdurumlardan asan çıxış yolu tapırdı. Bu keyfiyyətlərinə görə də hər yerdə hörmətlə qəbulolunurdu. 

Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan ƏləsgərCabbarovun zəngin və mənalı ömür yolu üçünörnək olmağa layiqdir. İbrətli fəaliyyəti, xeyirxahişləri, işıqlı xatirəsi Ələsgər müəllimi onutanıyanların qəlbində əbədi yaşadacaq. 

Allah rəhmət eləsin!


20
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edib

-

ətraflı »
18
oktyabr
MŞ sədri QDİƏT komitəsinin iclasında iştirak edəcək

-

ətraflı »
13
oktyabr
Azərbaycan Mətbuat Şurasının sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

-

ətraflı »
10
oktyabr
MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısına qatılacaq

-

ətraflı »
07
oktyabr
Mətbuat Şurası mitinqdə monitorinq aparıb

-

ətraflı »
05
oktyabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »