Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Kaspi» Mətbuat və Təhsil Mərkəzi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov yubilyarın həyat yolundan danışıb. O bildirib ki, E.Cavadova istedadlı və səriştəli pedaqoq olmaqla yanaşı, dəyərli alim və ziyalı kimi tanınıb. Onun elmi fəaliyyəti olduqca rəngarəngdir. Ancaq bu zənginliyin içərisində Həsən bəy Zərdabi irsinin öyrənilməsi özünəməxsus yer tutur. Yubilyarın yaradıcılığının bu aspekti üzərində dayanan Ə.Amaşov onun Zərdabiçi dəst-xəttini fədakarlıq nümunəsi kimi dəyərləndirib. Şura sədri əlavə edib ki, E.Cavadovanın fəaliyyəti ictimaiyyətə Həsən bəy Zərdabi obrazını tam dolğunluğu ilə açıqlayır. Belə yanaşma yalnız elmin inkişafına deyil, eyni zamanda milli mətbu irsimizin yaşadılmasına yönələn əvəzsiz xidmətdir. «Buna görə də Azərbaycan Mətbuat Şurası Esmira xanım Cavadovanı özünün diplomu ilə təltif etmək qərarına gəlib. Bu diplom yubilyarın dahi mütəfəkkir Həsən bəy Zərdabi irsinin tədqiqindəki ardıcıl və səmərəli fəaliyyətinə görədir», - deyən Ə.Amaşov rəhbərlik etdiyi qurumun təbrik plaketini E.Cavadovaya təqdim edib.

«Kaspi» Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva E.Cavadovanı Həsən bəy Zərdabini olduğu kimi kəşf etmiş dəyərli elm adamı kimi qiymətləndirib. O bildirib ki, Həsən bəy öz əsərlərində yalnız məişəti, təbiəti, kənd təsərrüfatını və digər sahələri ehtiva etmirdi, eyni zamanda bütün bunların fonunda milli şüurun formalaşmasına müstəsna əmək sərf edirdi. Esmira xanım isə yaradıcılığında bu çalarları ustalıqla göstərir. Belə yanaşma tərzi yubilyarın məxsusi dəst-xəttindən xəbər verir. S.Vəliyeva həmçinin E.Cavadovanın Zərdabinin Rusiya Dövlət Dumasındakı çıxışlarına geniş yer verməsi üzərində dayanıb və bildirib ki, yubilyar həmin çıxışları həm tərcümə edib, həm də redaktəsini öz üzərinə götürməklə mühüm missiya yerinə yetirib. «Belə fədakar elm adamının əməyi yüksək qiymətləndirilməyə layiqdir», - deyən S.Vəliyeva rəhbərlik etdiyi mərkəzin təbrik plaketini və hədiyyəsini yubilyara təqdim edib.

Toplantıda çıxış edənlərdən Bakı Dövlət Univesitetinin jurnalistika fakultəsinin professoru Cahangir Məmmədli, Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, Bakı Dövlət Universitetinin professoru İzzət Rüstəmov, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Məzahir Süleymanzadə, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Azadə Musayeva, həmin institutun şöbə müdiri Paşa Kərimov, zərdabişünas alim Eldəniz Həsənov və başqaları çıxışlarında bildiriblər ki, yubilyarın Həsən bəy Zərdabi irsinin araşdırılmasındakı əməyi nəticəsində görkəmli mütəfəkkirin həyat və yaradıcılığını dolğunluğu ilə ortaya qoyan nümunələr yaranıb. Bütün bunlar isə təkcə milli mətbuatımızın deyil, bütövlükdə ictimai fikir tariximizin öyrənilməsi baxımından son dərəcə vacib mənbə rolunu oynamaqdadır.

Sonda çıxış edən yubilyar xoş sözlərə və yaradıcılığına verilən dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Qeyd edək ki, E.Cavadova 29 dekabr 1942-ci ildə Şəkidə anadan olub. 1960-1965-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-nun) təhsil alıb. “Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası işləyib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. Bu tədqiqat H.B.Zərdabinin yaradıcılığına həsr olunan etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. Yubilyarın mövcud istiqamətdəki fəaliyyətində Həsən bəy Zərdabi şəxsiyyətinin ən müxtəlif tərəfləri tam dolğunluğu ilə əksini tapıb. 75 yaşlı yubilyar hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisidir.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »