Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Türkiyəli media nümayəndələri Mətbuat Şurasında olublar

-

Azərbaycanda səfərdə olan Türkiyənin TRT telekanalının təmsilçiləri - TRT AVAZ-ın baş koordinatoru Murad Akkoç və qurumun proqram rəhbəri Gökçən Oqan, həmçinin TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Arslan Azərbaycan Mətbuat Şurasında olublar. Görüşdə Xocalı faciəsinin Azərbaycan və Türkiyə mediasında işıqlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qonaqları salamlayan MŞ sədri, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov bildirib ki, Xocalı faciəsinin bəşəri cinayət kimi dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə jurnalistlərinin əsas vəzifələrindəndir. «Bu faciə türk dünyasının faciəsidir. Ümumənsə bütövlükdə insanlıq əleyhinə olan vandalizm aktıdır. Hər iki ölkənin mediası məsələyə məhz bu aspektdən yanaşmaqla dünyada oxşar proseslərin gələcəkdə baş verməməsi üçün nələr edilməlidir, düşünməlidir. Buna görə də ancaq yorulmadan təbliğat aparmaq lazımdır. Erməni millətçiləri, separatçı dəstələri tarixin müxtəlif dövrlərində dinc türklərə qarşı soyqırımlar həyata keçiriblər. Təəssüf ki, dünyaya çatdırılan ermənilərin məzlum xalq görüntüsüdür», - deyə Ə.Amaşov vurğulayıb.

 

Qonaqlar Azərbaycana səfərdən məqsədin də məhz Xocalı həqiqətləri barədə sujet və reportajların hazırlanmasından ibarət olduğunu bildiriblər. Azərbaycan və Türkiyənin media mənsublarının birgə əməkdaşlığından bəhs edən türkiyəli jurnalistlər bunun faydalı nəticələr verdiyini dilə gətiriblər.

 


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »