Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib

Toplantıda əsasən iki məsələ müzakirə olunub

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ilk olaraq Azərbaycan milli mətbuatın 135 illik yubileyi ilə əlaqədar Mətbuat Şurasının «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin bir qrupunun oradan çıxarılması məsələsi ətrafında müzakirələr aparılıb. Bildirilib ki, adları «qara siyahı»ya salınan nəşrlərin oradan çıxarılması ilə bağlı prosedurlar «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimat»da əksini tapıb. Lakin bu proses bağışlanma əhəmiyyəti daşıdığından və yubileylə bağlı həyata keçirildiyindən istisna hal kimi yeni şərt və prinsiplərin müəyyənləşdirilməsinə ehtiyac yaranıb. Mətbuat Şurasının tərkibində fəaliyyət göstərən «apellyasiya qrupu» ötən müddət ərzində bununla bağlı məsələləri də araşdırıb. Qrupun rəhbəri MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ötən müddətdə Şuraya «qara siyahı»dan çıxarılma ilə bağlı müraciətlərin əksəriyyətinin nəzərdən keçirldiyini, MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası ilə birgə ayrı-ayrı nəşrlərin materialları əsasında monitorinqlərin aparıldığını diqqətə çatdırıb. 

İdarə Heyəti «apellyasiya qrupu»nun fəaliyyətini qənaətbəxş sayaraq qurumun və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının birgə təqdimatını təsdiqləyib. Müzakirələrdən sonra 26 kütləvi informasiya vasitəsinin adının «qara siyahı»dan çıxarılması məqsədəuyğun sayılıb. Qərara alınıb ki, yeni siyahı yaxın günlərdə ölkənin aparıcı KİV-lərində dərc edilsin. 

Gündəlikdə duran növbəti məsələ Ali Media Mükafatı ilə bağlı olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsi təsdiqlənib. Qərara alınıb ki, mükafat bir, iki və üç dərəcədə olmaqla ümumilikdə 9 nəfərə verilsin. Bu zaman həmin şəxslərin Azərbaycan mətbuatının inkişafındakı xidmətləri əsas götürülsün. Mükafatın hər il milli mətbuat günü ərəfəsində təqdim olunması da qərara alınıb. 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »