Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

5 KİV-lə bağlı müraciət araşdırılıb

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşviq Ələsgərlinin sədrliyi  ilə düzənlənən tədbirdə 5 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətlər araşdırılıb.

Öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin «Xeberinfo.com» saytı ilə bağlı müraciətinə baxılıb. Komissiya tərəfləri dinləyərək rəyə gəlib ki, xəbər portalı qarşı tərəfə məqalə şəklində sorğu ünvanlayarkən prosedur qaydalarının tələblərini pozub. Həmçinin yayımlanmayan materialın təxminən oxşar şəkildə bir sıra digər KİV-lərdə təqdim olunması etik prinsiplərin tələblərinin pozulması ilə diqqəti çəkib. Sayta gələcək fəaliyyətində bu kimi praktikadan imtina tövsiyə edilib.

Qafqaz Müsəlmanları İdarəsinin «Reytinq» qəzeti barədə müraciətinin müzakirəsində mətbu orqanın bu qurum  və onun rəhbəri barədə  dərc etdiyi yazıda şərəf və ləyiqətin təhqirinə, ictimai nüfuzun aşağılanmasına yönələn fikirlərin yayımlandığı göstərilib. Çıxarılan rəydə mətbu orqana qarşı tərəfdən üzr istəməsi, təkzib verməsi tövsiyə olunub. 

«European Tobacco-Bakı» ASC-nin sədri, millət vəkili Rüfət Quliyevin «Poliqon» İnforsmasiya Agentliyi (Pia.az)  barədə müraciəti araşdırılarkən xəbər portalının rəhbərliyi şikayətə səbəb olan yazının başqa KİV-dən götürüldüyünü deyib. Lakin onun nəzərinə çatdırılıb ki, bu zaman sərlövhədəki aşağılayıcı ifadənin orada getməsinə imkan verilməməli idi. Buna əməl edilmədiyindən peşə etikasının tələbləri pozulub. Komissiya həmin saytın da qarşı tərəfdən üzr istəməsini, təkzib verməsini məqsədə müvafiq sayıb.

Bir qrup ziyalının «Azadlıq» qəzeti və «Moderator.az» saytı barədə müraciətinə baxılarkən müəyyən məqamlara diqqət yetirilib. Bildirilib ki, görkəmli şəxsiyyətlər bütövlükdə xalqa məxsus olduğundan, iftixarı sayıldığından onlara hər bir yazar, kütləvi informasiya vasitəsi həssaslıqla yanaşmalıdır. Bəzi KİV-lərdə gedən materialda bu ümummilli marağın gözlənilməməsi haqlı narazılıqlara səbəb olur.

Komissiya mediada M.Ə. Rəsulzadə haqqında gedən fikirlərə də məsuliyyətlə yanaşmanın vacibliyini KİV-lərin nəzərinə çatdırıb. «Azadlıq» qəzetinə və «Moderator.az» saytına qarşı  tərəfin mövqeyini təqdim etmək tövsiyə olunub. 

 

 

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »