Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
«Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızının 60 illik yubileyi qeyd edilib

Yubilyar doğum gününü onu sevənlərin əhatəsində qeyd etdi

Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru Əminə Yusifqızının 60 illik yubileyi qeyd olundu. 

Tədbiri açan Yevlax ŞİH Başçısının birinсi müavini Qənimət Qaraşov Ə.Yusifqızının hər kəsə nümunə sayılacaq həyal yolu və yaradıcılığı barədə məlumat verib, onun peşəkar jurnalistlik fəaliyyəti ilə yanaşı, rayonun ictimai işlərindəki aktivliyindən söhbət açıb.

Yubiley tədbirində iştirak edən Azərbayсan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbayсan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun iсraçı direktoru, MŞ İdarə Heyətinin üzvü Vüqar Səfərli, MŞ sədrштшт müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İlham Məmmədov və başqaları çıxış edərək respublikanın əməkdar jurnalisti, «Qızıl qələm», Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının laureatı, «Tərəqqi» medallı Əminə Yusifqızının jurnalist fəaliyyətindən ətraflı söz açıblar. Onlar yubilyarın baş redaktoru olduğu «Kür» qəzetinin böyük tirajla nəşrinin, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınmasının məhz onun əməyi sayəsində mümkün olduğunu söyləyiblər.

Çıxışlarda həmçinin Ə.Yusifqızı insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi təqdim olunub.

Yubiley tədbiri respublikanın tanınmış incəsənət ustalarının ifa etdikləri musiqi nömrələri ilə də yaddaqalan olub.

Sonda çıxış edən Ə.Yusifqızı fəaliyyətinə verilən yüksək dəyərə, haqqında söylənilən qiymətli sözlərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib.


01
noyabr
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

-

ətraflı »
27
oktyabr
Azərbaycan Mətbuat Şurasının bəyanatı

-

ətraflı »
25
oktyabr
Mətbuat Şurasında ərəb ölkələrindən olan bir qrup jurnalistlə ölkəmizin KİV rəhbərlərinin görüşü keçirilib

-

ətraflı »
24
oktyabr
İranın İRNA Xəbər Agentliyinin baş direktoru Mətbuat Şurasında olub

-

ətraflı »
14
sentyabr
Əflatun Amaşov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

-

ətraflı »
14
sentyabr
İranın Azərbaycandakı Səfirliyinin mətbuat katibi ilə KİV nümayəndələrinin görüşü keçirilib

-

ətraflı »