Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
Mətbuat Şurasının sədri Tiflisdə beynəlxalq konfransda iştirak edib

-

Gürcüstanın paytaxtı Tiflisdə Avropa Birliyi və Avropa Şurasının birgə layihəsi çərçivəsində söz azadlığı və medianın özünütənzimləmə məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin təşkilatçılığı ilə baş tutmuş toplantıda Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli iştirak edib.

Toplantıda şəbəkəyə üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatlar dinlənilib. MŞ sədri Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı məruzə edib, ölkəmizdə söz və ifadə azadlığına dair spesifik məqamlardan söhbət açıb. Şura sədri həmçinin bildirilib ki, internet media resurslarının sürətlə artdığı hazırkı şəraitdə onların ictimai tənzimlənməsinə də həssas yanaşılmalıdır. Təəssüf ki, biz heç də həmişə bu həssaslığın şahidi ola bilmirik. Əksinə xoşagəlməz hallarla üzləşirik və bu hallar təkcə internet media ilə əlaqəli olmur. Ümumən söz və ifadə azadlığına baxış məsələsini aktuallaşdırır: “I Avropa Oyunları müstəvisində Azərbaycana təzyiq cəhdlərinin şahidi olduq. İdman hadisəsini əsassız olaraq söz və ifadə azadlıqları kontekstinə daşıma meyllərini gördük. Əlbəttə belə hallar oyunların ümumi ab-havasına təsir göstərə bilməzdi. Hər bir halda düşünürük ki, söz və ifadə azalığı bir meyardırsa, bu meyar alətə çevrilməməlidir”, - deyən Ə.Amaşov iştirakçıların diqqətini vacib məqama çəkib. Toplantıda mövcud xüsusda müzakirələr aparılıb. Azərbaycanlı nümayəndələr I Avropa Oyunlarının işıqlandırılması xüsusiyyətlərinə dair sualları cavablandırıblar. MŞ sədri oyunların Azərbaycan jurnalistləri üçün də mühüm təcrübə olduğunu vurğulayıb, yerli medianın prosesdə aktiv iştirakından söz açıb. 

Müzakirələrdə internetin geniş yayılması ilə yeni üsul və vasitələr əldə edən medianın daha dərindən təhlilinə, söz və ifadə azadlığına təhlükə yarada biləcək mümkün manipulyasiya vasitələrinin, o cümlədən plagiat hallarının aradan qaldırılması istiqamətində konkret tədbirlərə ehtiyac duyulduğu önə çəkilib, Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin perspektiv fəaliyyət istiqamətlərinə nəzər salınıb.

 


15
dekabr
Rusiyanın tanınmış jurnalisti və eksperti Mətbuat Şurasında olub

-

ətraflı »
15
dekabr
MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

-

ətraflı »
14
dekabr
TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Mətbuat Şurasında olub

-

ətraflı »
13
dekabr
Zərdabişünas alim Esmira Cavadovanın 75 illik yubileyi ilə bağlı toplantı keçirilib

-

ətraflı »
03
dekabr
Nekroloq - Tatyana Çaladze

-

ətraflı »
02
dekabr
Azərbaycan Mətbuat Şurasında türk dünyasından olan bir qrup jurnalistlə görüş keçirilib

-

ətraflı »