Azercell
Sayt "Azercell" Telekom MMC dəstəyi ilə yaradılıb

aipce wapc
Ünvan
Azərbaycan, Bakı ş.
T.Əliyev küçəsi 38

Telefonlar:
(+994 12) 541-59-49
Faks:
(+994 12) 441-35-30
MŞ sədri beynəlxalq konfransda çıxış edib

Ölkəmizdəki özünütənzimləmə metodlarından ətraflı bəhs edən Ə.Amaşov

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ukraynanın paytaxtı Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib. 

MŞ sədri çıxışında rəhbərlik etdiyi qurumun ötən on ay müddətindəki fəaliyyət istiqamətlərindən danışıb. Şikayətlərin araşdırılması prosesində maraqlı tərəflərin mənafelərinin ödənilməsi məsələlərinə diqqət yetirib. 

Ölkəmizdəki özünütənzimləmə metodlarından ətraflı bəhs edən Ə.Amaşov Mətbuat Şurasının bir model kimi effektivliyini təsdiqləyən məsələlərdən danışıb. Bildirib ki, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilə bu modelin ümumən media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin nizamlanmasında daha mütəhərrik struktura çevrilməsi zəruridir. Çünki hazırda informasiya daşıyıcıları olan qurumların – internet xəbər portallarının, sosial media vasitələrinin saylarının artım dinamikası müşahidə edilir. 

Qeyd edək ki, noyabrın 16-dan 18-dək davam edəcək konfransda MDB-nin və Avropanın bir sıra ölkələrindən olan media qurumlarının rəhbərləri iştirak edirlər. Başlıca müzakirə mövzuları içərisində postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə edilir. 


Qeyd edək ki, toplantının növbəti günlər üçün nəzərdə tutulmuş iş planına medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsinin aparılması da daxildir.


29
dekabr
MŞ-nin Şikayətlər üzrə Komissiyası 2017-ci ildəki sonuncu iclasını keçirib

-

ətraflı »
26
dekabr
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

-

ətraflı »
26
dekabr
MŞ-nin “apellyasiya qrupu”nun iclası keçirilib

-

ətraflı »
22
dekabr
Veteran jurnalist Məzahir Süleymanzadənin 65 illik yubileyinə həsr olunmuş toplantı keçirilib

-

ətraflı »
22
dekabr
Mətbuat Şurasında Azərbaycan İctimaiyyətlə Əlaqələr Mütəxəssisləri Assosiasiyasının təmsilçiləri ilə görüş keçirilib

-

ətraflı »
21
dekabr
Qələmdən süzülən qüdrət – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Vüqar Rəhimzadənin 50 illik yubileyi münasibəti ilə tədbir keçirilib

-

ətraflı »